• 12.01.2024 15:02

Kəskin hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Kəskin hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Proses.az-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

“Qeyd olunanlarla əlaqədar FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.

Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”, – məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…