- 14.01.2024 17:07
Elvin Basqallının durumu ilə bağlı son durum

Bir neçə saat əvvəl yol qəzasına düşən jurnalist Elvin Basqallının vəziyyətinin yaxşı olduğu bildirilir. Bloger Elçin Ləmbəranskinin Proses.az-a verdiyi açıqlamaya görə Elvinin və ailəsinin durumu yaxşıdır, ciddi xəsarət yoxdu.
Qeyd edək ki, Jurnalist Elvin Basqallı ailəsi ilə birgə qəzaya düşüb
Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb.
Qəza zamanı Elvinlə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.
(Foto Manşet.az)