• 17.01.2024 12:52

Bakıda estetik əməliyyatla bağlı ŞİKAYƏT: “10 min manat verməsən, səni biabır edəcəyəm”

Bakıda estetik əməliyyatla bağlı ŞİKAYƏT: “10 min manat verməsən, səni biabır edəcəyəm”

Bakıda qadın yanlış əməliyyat olunduğundan üzünün bərbad vəziyyətə düşdüyünü iddia edir.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Nuranə Dibirova qaşqaldırma əməliyyatı üçün müraciət etdiyi estetik mərkəzdə həkimin yanlış əməliyyat etdiyini qeyd edib:

“Mən oktyabr ayının 1-də Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi, 11 ünvanında yerləşən “Tuana Estetik Mərkəz”ə qaşqaldırma əməliyyatı üçün müraciət etdim. Həkim olmayan Esmira İbrahimli məni yanlış əməliyyat edərək üzümü bərbad hala salıb.

Lazım olan qurumlara şikayət etdim. Və məlum olmayan səbəblərdən Nəsimi Rayon Prokurorluğu həmin mərkəzlə bağlı heç bir tədbir görmədi. Özünü həkim kimi təqdim edən qadın izahat verib ki, “Rostov şəhərində təhsil almışam”. Halbuki rus dilində salam belə verə bilmirdi. Belə insan Rusiya şəhərində necə təhsil ala bilər ki?

Səhiyyə Nazirliyinin araşdırmasından bəlli olub ki, həmin qadın icazə lisenziyası olmadan milləti estetik mərkəzdə bədbəxt etməyə davam edir”.

Şikayətçi həmçinin onların pul ilə məsələni ört-basdır etmək istədiklərini deyib:

“Ailə üzvlərimə zəng edib, deyirlər ki, “gəlin, üz-üzə görüşək. Nə qədər istəyirsiniz, pul verirəm, şikayət etməyin”. Telefon nömrələrini, sosial şəbəkə hesablarını dəyişiblər.

Hər kəsin bu məsələni bilməsini istəyirəm. Lazımi qurumlar tədbir görsünlər. Bu mərkəz heç bir icazələri olmadan insanları əməliyyat edir. Sosial şəbəkə hesablarında səhifəyə aldanıb oraya üz tuturlar. Tövsiyə edirəm ki, heç kəs müraciət etməsin. Çünki əl işi ilə bağlı paylaşımlar özünə aid deyil”.

Şikayətçi sonda mərkəzdə müştərilərə ödəniş qəbzinin də verilmədiyini əlavə edib:

“Ödəniş qəbzi verilmir. Küçədən gələn ayaqqabı ilə keçirlər əməliyyat olunmağa. Natəmizlik baş alıb gedir. Bu hallara baxmayaraq, hələ də iş davam edir”.

Yanlış əməliyyat etdiyi bildirilən həkim Esmira İbrahimli Oxu.Az-a açıqlamasında xanımın ondan 10 min manat təzminat tələb etdiyini bildirib:

“Nuranə xanımın əməliyyatı uğurlu keçsə də, məndən pul istəyib. Deyib ki, “10 min manat verməsən, səni biabır edəcəyəm”. Hazırda bu iş məhkəmədədir. Məndən xahiş etdi ki, əməliyyatımı 150 manata et. Mənim də ürəyim ağrıdı. Etdim.

Mənim yaxşılığımın cavabı olaraq bir gün keçməmiş məndən pul istədi.

O, ilk gün çəkilən fotodur. Əks-təsir olsaydı, ekspertiza açıqlayardı. Ekspertiza heç bir problem olmadığını bildirdi. Təhsilimiz də var. Təhsil olmasa, dövlət ekspertizanın cavabına icazə verməz. Əlimdə prokurorluğun da, ekspertizanın da cavabı var”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…