- 18.01.2024 16:11
Qəzaya düşən Əməkdar artist: “Gördük ki, maşın üstümüzə uçur” – VİDEO
“Yolda avtomobil idarə edərkən qarşıda bir maşın gedirdi. Təxminin 200 metr məsafəmiz var idi. Gördük ki, bu maşın qarşıdan gələn avtomobilə toqquşdu. Daha sonra sürücü avtomobili bordyura çırpdı. Həmin vaxt bizdə maşında qışıqırırıq ki, bu adam öldü”.
BAKU.WS xəbər verir ki, bu sözləri “El canlı” verilişinə qonaq olan Əməkdar artist Gülüstan Əliyeva deyib. Ötən ilin dekabrında keçirdiyi avtomobil qəzasından danışıb. Sənətçi bildirib qarşıdan gələn avtomobil bordyura dəyərək onun idarə etdiyi maşının üzərinə gəlib.
Əliyevanın qəza barədə “Gördük ki, maşın üstümüzə uçur” sözləri hər kəsi təəccübləndirib.
Xatırladaq ki, Əməkdar artist ötən ilin dekabrında Hacıqabul ərazisində avtomobil qəzası keçirib. Avtomobili yararsız vəziyyətə düşsə də, sənətçi xəsarət almayıb.
Ətraflı videoda: