• 20.01.2024 08:18

20 Yanvar faciəsindən 34 il keçir

20 Yanvar faciəsindən 34 il keçir

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.

Proses.az xatırladır ki, bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Hadisələr nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.

Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

29 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Azərbaycan xalqı dördüncü ildir ki, 20 Yanvar hadisələrini qalib xalq kimi yad edir.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

DİGƏR XƏBƏRLƏR

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

IX “Muğam” Televiziya Müsabiqəsinə bir sıra blogerlərin getməsi müzakirə yaradıb. Layihənin münsifləri, Xalq artistləri Mənsum İbrahimov və Mələkxanım Eyubova bu…
Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Əgər İsrail İrana hücumlarını davam etdirərsə, Tehran daha dağıdıcı zərbələrlə cavab verəcək. Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.…
Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

“Əgər İran Birləşmiş Ştatlara hücum edərsə, Amerikanın silahlı qüvvələrinin bütün gücü onun üzərinə çökəcək”. “Ölkə.az” xəbər verir ki, bunu ABŞ…
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs…
“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma prosesinin uzanmasından şikayətlənib. Aktrisa bu haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib…
Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün nə tapdılar

Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün…

Türkiyənin Eskişehir şəhərində bayram tətilində kəndə istirahətə gedən qadının başına gözlənilməz bir hadisə gəlib. Kənd ərazisinə gedən qadının belinə gənə…
“Döymələrim görünməyən yerlərdədir”

“Döymələrim görünməyən yerlərdədir”

Dilarə Kazımova maraqlı açıqlamlar verib. Döymələrindən danışan Avroviziya təmsilçimiz onların özü üçün mənalarını sadalayıb. “13 döyməm var. Hələ ikisi də…
Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin “gizli zonası”nın harada yerləşdiyini açıqlayıb. Jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün…
Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

“Glory” gecəsində Bəhram Rəcəbzadə 3-cü qrupda döyüşüb. “Qızıl Qurd” Asdren Qaşini 1-ci raundda nokaut edərək, yerə sərib. Mari Kromah –…
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Onun ölüm səbəbi isə açıqlanmayıb.…
İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ardından Hürmüz boğazını gəmi hərəkətinə bağladığını elan edib. Milli.Az xəvər verir ki, bu…
Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də…
İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan olunan hədəf deyil”

İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan…

ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri İsrailin İranla bağlı planları barədə sensasion məlumat yayıb. Musavat.com xəbər verir ki, Jurnalda dərc edilən xəbərə…
Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25 saatlıq sutka şəraitində yaşaya bilər. 24 saatlıq gün haqqında həqiqət Əslində…
Tiktoker “Əfi” həbs olundu

Tiktoker “Əfi” həbs olundu

Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki,…