- 21.01.2024 18:07
İki “Mercedes” toqquşdu, sürücü xilas edildi – Video

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtomobildə sıxılı vəziyyətdə qalıb.
Proses.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Eyyubəyli kəndinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.