• 21.01.2024 18:18

Gəncəli “qanuni oğru” İrana köçmək istəyir

Gəncəli “qanuni oğru” İrana köçmək istəyir

“Quli”nin qətlinə görə Azərbaycanda həbs  

Rusiyada azərbaycanlı kriminallar arasında yenidən savaş başladığı haqda xəbərlər artmağa başlayıb. Rusiya mediası yazır ki,  savaşda  “qanuni oğru” Ülfət Tağıyev (“Rufo  Gəncinski” ), Namiq Canıyev (öldürülmüş “qanuni oğru” Rövşən Canıyevin qardaşı) və Zaur Əhmədov (Rövşənin qohumu) birgə fəaliyyət göstərirlər. Onlara qarşı duran tərəf isə Namiq Səlifov (öldürülmüş “qanuni oğru” Nadır Səlifovun qardaşı) və ona dəsrək verən “kriminal general” Vaqif Süleymanovdur (“Vaqif Diplomat”).

“Vaqif Diplomat” ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

maxres2.jpg (41 KB)

Teref.az publika.az-a istinadla xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır. Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb. Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər.

Mənbənin sözlərinə görə, 2024-cü ildən başlayaraq Namiq Səlifov və Vaqif Sülüymanovun silahlıları Moskvada, eləcə də Rusiyanın digər bölgələrində  “Rufo”nun adamlarını  “sıxmağa” başlayıblar. Məsələn, “Rufo”nun  adamı Qazaxıstanda vəhşicəsinə döyülüb. Bütün bu qarşıdurmalar təkcə döyülmələrlə deyil, həm də atışma və sui-qəsd cəhdləri ilə müşayiət olunur. Nəticədə, “Rufo” Rusiyanı tərk etmək məcburiyyətində qalıb və  onun hazırda Misirdə olduğu deyilir.

quli.jpg (77 KB)

İddia olunur ki, guya  Ülfət Tağıyev  bu ölkədə özünü təhlükəsiz hiss etmir və İrana köçmək üçün danışıqlar aparır. Bildirilir ki, “Rufo” və Rövşən Canıyevin yaxınları “Lotu Quli”nin qardaşının başına 5 milyon dollar mükafat vəd ediblər. Namiq Səlifovun da analoji məbləğdə mükafatı “Rufo”nun başına qoyduğu deyilir.  

“Rufo Gəncinski” 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından sayılırdı. “Gəncinski” 2012-ci ildə Dubayda- “Lənkəranski”nin  Moskvada hökmranlıq edən “Ded Xasan” klanı ilə qarşıdurmanın qızğın vaxtında “qanuni oğru” adı alıb. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib.

8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Etibarlı mənbələrdən sızan məlumata görə, “Rufo”nun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və  bir müddət Moskvada yaşayıb. Ü. Tağıyevin rusca danışmaqda çətinlik çəkdiyi haqda da yazılır. Gülməli bir əhvalat var ki, gürcü “qanun oğru” Badri Kvejoyeviç “Rufo” ya “aktual məsələləri” müzakirə etmək üçün zəng edib. Rus dilini zəif bildiyi üçün bir neçə dəfə həmsöhbətinə “əzizim” deyə müraciət edib. Kvejoyeviç bundan inciyərək  telefonu qapadıb.

e7b3348e4dae92ab837a4607a91d4ff1_1509622945.jpeg (387 KB)

“Primecrime” saytı isə yazır ki, Ülfət Tağıyevin yaxın adamı  Elçin Saatlinski Azərbaycanda saxlanılıb. O, 2020-ci ildə Nadir Səlifovun (Lotu Quli) qətlində, 2023-cü ildə isə onun qardaşı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavski”) qarşı sui-qəsddə əli olub.

Bildirilir ki, “qanuni oğru” Elçin Saatlinski sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Həmçinin, onun üzərindən 3 kq amfetamin götürülüb.

“Lotu Quli”nin bacısı oğluna sui-qəsd sentyabrın 19-da İstanbulda baş verib. Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olan iki mühafizəçisi ilə hərəkət edərkən ona atəş açılıb. Onun mühafizəçilərindən biri öldürülüb, digəri isə yaralanıb.

Musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…