- 24.01.2024 09:16
Bakıda gecə saatlarında “Range Rover” yanıb – VİDEO
Bakıda iki avtomobilin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, yanğın Nəsimi rayonunda qeydə alınıb.
Əvvəlcə yanğın digər avtomobildə başlayıb. Daha sonra “Range Rover” markalı avtomobilə keçib.
Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.
Görüntüləri olduğu kimi təqdim edirik: