• 31.01.2024 13:33

Hacı Mövsüm Amerikaya qaçmaq istəyib?

Hacı Mövsüm Amerikaya qaçmaq istəyib?

Dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sabiq sədri Mövsüm Səmədov barədə qalmaqallı məlumat yayılıb.

Proses.az “haqqin.az”a istinadən xəbər verir ki, yanvarın 23-ü ABŞ-də Texas Azadlıq Koalisiyasının mühafizəkar lobbi qrupunun prezidenti Sarah Cessica Fields öz X sosial şəbəkə hesabında Meksika ilə sərhədi qanunsuz keçən bir şəxsin videosunu yayıb.

Sözügedən kadrlarda görünən şəxs deyir: “Sən mənim kim olduğumu biləcək qədər ağıllı deyilsən. Ancaq tezliklə bunu təkcə siz yox, hamı öyrənəcək”.

Fields videonu şərh edərək öz paylaşımında bildirib: “İndi biz bu immiqrantın kim olduğunu bilirik. Bu şəxs Mövsüm Səmədovdur. İslam Partiyasının sədri Səmədov hökuməti devirməyə cəhddə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib və 2023-cü il yanvarın 19-da azadlığa çıxıb”. Onun video ilə müşayiət olunan bu paylaşımı milyonlarla baxış toplayıb.

Fieldsin yaydığı məlumat sosial şəbəkələrdə populyarlaşdıqdan sonra “Amerikanın səsi”  və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin müxbirləri Mövsüm Səmədovla əlaqə saxlayıblar.  Azərbaycan islamçılarının keçmiş lideri barəsində yayılan bu məlumatı təkzib edərək, onu yayanları saxtakarlıqda ittiham edib. Hazırda Azərbaycanda olduğunu bildirən Səmədov deyib ki, Meksika-Amerika sərhəddinə gedə bilməzdi, çünki onun ölkədən çıxışı qadağan edilib. Bununla yanaşı, Səmədov videoda yer alan şəxsin ona bənzəmədiyini vurğulayıb: “Diqqətlə baxın, eynək istisna olmaqla, oxşarlıq çox azdır”.

Məsələdən bir neçə gün sonra Fields yenidən paylaşım edərək Meksika-ABŞ sərhədini qanunsuz keçən miqrantın Mövsüm Səmədov olmadığını deyib: “İndi biz bu qanunsuz miqrantın kim olduğunu bilirik. Videodakı şəxs Mövsüm Səmədov deyil”.

Amerika mediası müəyyən edib ki, Sara Cessika Fields tərəfindən paylaşılan video, ABŞ-nin cənub sərhədi boyunca səyahət edən, sərhədi qanunsuz keçən miqrantların fotolarını çəkən “1st responders Media” şirkəti tərəfindən lentə alınıb. Fieldsin feyk paylaşımından bir gün sonra, daha dəqiq desək, yanvarın 24-ü Rayne adlı “X” sosial şəbəkə istifadəçisi bu xəbəri ilk dəfə təkzib edən şəxs olub. Ancaq heç kəs amerikalı bu şəxsin təkzibinin etibarlılığına əhəmiyyət verməyib.

Maraqlıdır ki, Fieldsin həmin paylaşımı ABŞ-nin cənub sərhədlərinin qorunması ilə əlaqədar respublikaçılar və demokratlar arasında kəskin mübahisələrin getdiyi bir vaxtda ortaya çıxıb. Belə ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi 2020-ci il yanvarın 1-dən 2023-cü il sentyabrın 30-dək 8,4 milyon miqrantın Meksikadan qeyri-qanuni yolla ölkəyə daxil olmağa cəhd etdiyini açıqlayıb. ABŞ-nin hazırkı Co Bayden administrasiyasının əsas rəqibi, prezidentliyə namizəd Donald Trampın sözlərinə görə, o, qalib gələrsə, Meksika ilə sərhədi dərhal bağlayacaq və ölkədən milyonlarla qanunsuz immiqrantı deportasiya edəcək.

X sosial şəbəkəsinin Amerika seqmentində Azərbaycanla bağlı saxta xəbərlərin yayılması ilk dəfə deyil. Keçən ilin payızında HƏMAS-ın İsrailə hücumundan sonra radikal islamçılar X platformasında “əsir götürülmüş İsrail generallarının” videosunu yayımladılar. Amma reallıqda bu videoda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Qarabağda həbs edilən erməni separatçılarının liderləri təsvir edilmişdi.

Xatırladaq ki, M.Səmədov 2023-cü ilin yanvarında həbsdən buraxılıb. 2011-ci ilin yanvarında tutulan Mövsüm Səmədov hakimiyyəti zorla ələ keçirmək cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 2019-cu il dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti üzrə qərarını elan edərək ona Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu bildirib, Azərbaycan dövlətinə 4 min avro təzminat cəzası kəsib. 1965-ci il təvəllüdlü Mövsüm Səmədov Bakıda ali tibb təhsili, İranda isə dini təhsil alıb.

DİGƏR XƏBƏRLƏR

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. Proses.az lent.az-a istinadən bildirir…
“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

Aparıcı Nigar Fərhad açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, o, müzakirələrə səbəb olan etdirdiyi dodaq dolğusundan danışıb. “Bütün…
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

Aparıcı İlqar Mikayıloğlu yeni mövsümdən etibarən ekranlara qayıdır. Proses.az olay-a istinadən xəbər verir ki, o, ARB TV-də “Günə bax” adlı…
Qızının Alim Qasımovla paylaşımı – FOTO

Qızının Alim Qasımovla paylaşımı – FOTO

Xalq artisti Alim Qasımovun qızı Dilruba Qasımova paylaşımı ilə diqqət çəkib. Medianews.az olay-a istinadən bildirir ki, instaqramda yayımladığı fotoda sənətkar…
“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır… Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini…
Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icra kimə tapşırıldığı məlum olub. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu…
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində…
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də…
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım…
İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını…
Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Proses.az xəbər verir…
“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə)…
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”ı məhkəməyə verməsinin detalları məlum olub. Sənətçinin vəkili Asif Mustafayev Oxu.Az-a açıqlama verərək A.Ağayevin hospitalı…
“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam”. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib. O bildirib ki,…
Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb. Medianews.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə…