• 31.01.2024 15:52

Bakıda qadınların qanunsuz gecə yarışı? – VİDEO/FOTO

Bakıda qadınların qanunsuz gecə yarışı? – VİDEO/FOTO

Bakıda qanunsuz döyüş gecəsinin keçiriləcəyi bildirilir.

Bu gün saat 19:00-da “ABU Arena Hall” hotelində WIBA (Women’s International Boxing Association – Qadınların Beynəlxalq Boks Assosiasiyası) kəməri uğrunda döyüş gecəsi baş tutacaq.

Döyüş gecəsində alman əsilli qazaxıstanlı WBC çempionu Anqelina Lukasla Pakistanın ilk qadın peşəkar boksçusu Roma Yusaf titul üçün qarşı-qarşıya gələcək.

Prosport.Az yazır ki, bu yarış 2019-cu ildə yaradılmış Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) dəstəyi ilə keçiriləcək. APBF isə Gənclər və İdman Nazirliyində rəhbər dəyişikliyindən sonra tətbiq olunan akkreditasiya sistemindən keçməyən qurumlardan biridir. Bunu nazirliyin saytındakı müvafiq bölməyə nəzər saldıqda da görmək mümkündür. Nazirlik tərəfindən akkreditasiyadan keçmiş 42 idman federasiyası, assosiasiyası və ya komitəsi arasında APBF-nın adına rast gəlmək mümkün deyil.

Nazirliyin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib: “Akkreditasiyadan keçməyən ictimai birliklər nəinki beynəlxalq turnir, heç ölkədaxili yarış da keçirə bilməz”.

Nazirliyin boks üzrə kuratoru, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev isə bu yarışın keçirilməsinin qanunsuz olduğunu bildirib: “Mənim belə yarışın keçirilməsindən xəbərim yoxdur. Səhhətimlə əlaqədar işə gedə bilmirəm. Təbii ki, akkreditasiyadan keçməyən qurumların yarış keçirməsi doğru deyil. Biz belə hallarla mübarizə aparırıq. Hətta nazirliyin və federasiyaların balansında olan idman arenalarına belə yarışları keçirməməyi tapşırmışıq. Ona görə də onlar hansısa şadlıq sarayı, restoran və hotellərdə bunu keçirir”.

Bu yerdə qeyd edək ki, “ABU Arena Hall” hoteli əvvəllər sabiq iqtisadi inkişaf naziri, keçmiş Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayevə məxsus olub. Hətta onun vaxtında Bakının Koroğlu Rəhimov küçəsində “ABU Petrol” yanacaq doldurma məntəqəsi və “ABU Arena” da fəaliyyət göstərib. Heydər Babayevi federasiya prezidenti kimi “Azəryol”un İdarə Heyətinin sədri Saleh Məmmədov əvəzlədikdən sonra, ABU komandası “Azəryol”, “ABU Arena” isə “AHF Arena” adına dəyişdirilib.

Bəs sözügedən federasiyanın prezidenti 2019-cu ildən bu quruma rəhbərlik edən Artyom Həsənovdur. O, keçmiş boksçu, həm də əvvəl adı “Rabitə”, daha sonra “Baku Fight Lab” olmuş boks klubunun rəhbəri olub.

Yarışı reklam edən, bilet işlərini həyata keçirən isə tripsome.az saytıdır.

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…