• 04.02.2024 15:05

“Əxlaqsızlığı reklam etmək olmaz!”

“Əxlaqsızlığı reklam etmək olmaz!”

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ildə arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq müxtəlif kişilərlə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib.

Xəyanətdən sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində müğənnini öldürüb.

Proses.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, sözügedən məhkəmə iclası açıq keçirilib və orada səsləndirilən iddiaların mətbuatda yayılması qanunsuz deyil:

“Əgər məhkəmə iclası qapalı keçirilirsə, orada deyilən hər hansı fikrin, çıxışların mətbuatda yayılması qanunsuzdur. Qətlə yetirilən müğənni Yaqut Həşimovanın məhkəmə iclası açıq olub. Bu isə o deməkdir ki, istənilən media nümayəndəsi gəlib məhkəməni izləyə bilər və oradan qeydiyyat götürə bilər. Bu, dünya praktikasında da belədir və burada qanunsuz heç nə yoxdur”.

Məsələyə psixoloji tərəfdən yanaşan hüquqşünas qeyd edib ki, bu cür amansız qətllərin tez-tez TV-lərdə göstərilməsinin nəticəsi ağır ola bilər. Onun sözlərinə görə, bir müddət sonra cəmiyyət belə neqativ hadisələri normal qəbul edəcək:

“O ki, qaldı bu cür materialların cəmiyyətə təsir etməsinə, əlbəttə ki, bu tip xəbərlər təsirsiz ötüşmür. Psixologiyanın bəzi qolları haqda təhsilim də var və bu məsələdən başı çıxan adam kimi deyə bilərəm ki, əgər bir hadisə, mövzu cəmiyyətdə tez-tez danışılırsa, göstərilirsə, o artıq normaya çevrilir.

Məsələn, Skandinaviya ölkələrinin insanları hündür boylu olurlar, onlar üçün olan boy norması Azərbaycana aid ola bilməz. Bizdə kişilər üçün 1.70-1.85 santimetrə qədərdir, qadınlar üçün 1.60-1.70-ə qədərdirsə, Skandinaviyada orta boy 1.80 santimetrdən başlayır. Çünki onlarda çoxluq bu cürdür, çoxluq nədirsə, norma da odur.

Əgər biz bu cür qətl hadisələrini istər mediada, istər əhali arasında tez-tez göstəririksə, danışırıqsa, bu o deməkdir ki, belə hadisələr tez-tez təkrar olunacaq və bu normaya çevriləcək. Artıq bir müddət sonra insanlar şüuraltı olaraq bunu norma kimi qəbul edəcəklər və bu hadisələri törədənlərə təəccüblənməyəcəklər, düşünəcəklər ki, burada heç nə yoxdur, onsuz da hamı edir.

Biz bunun qarşısını almalıyıq. Xüsusilə amansız qətl hadisələrinin, əxlaqsızlıq nümunələrinin, cəmiyyətə yalnız zərəri olacaq hadisələrin “reklamını” etmək olmaz! Unutmayın ki, antireklam özü də bir reklamdır”.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…