- 05.02.2024 15:29
Aktrisa paltarlarını “bit bazarı”ndan alırmış – FOTO
Türkiyəli aktrisa Zeynep Tuğçe Bayat açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, Nişantaşında görüntülənən aktrisa “bit bazarı”ndan alış-veriş etdiyini bildirib:
“Alış-verişi az və xüsusi etməyə çalşıram. İşimlə bağlı olaraq modanı sevirəm. Daha çox xarici ölkələrdəki endirimləri izləyirəm.
Bir stilist ilə çalışıram, fikirlərini alıram. Hər zaman marka geyinməliyəm deyə düşünmürəm. Xaricdəki “bit bazarları”ndan paltar alıram. İkinci əl əşyalarda alıram”.
Tuğçenin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.