- 10.02.2024 10:14
Berdiməhəmmədov 4 naziri işdən çıxardı
Nazirlər Kabinetinin 2023-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 4 naziri vəzifəsindən azad edib.
Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.
Bildirilib ki, tikinti və memarlıq naziri vəzifəsinə Abdulla Gəldiyev təyin edilib. Bu təyinatdan əvvəl sözügedən nazirliyə Güvanç Orunov rəhbərlik edib.
Çarıyar Çetiyev isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən nazir postuna yüksəlib.
S.Berdiməhəmmədov səhiyyə və tibb sənayesi naziri Atagəldi Germanovu da başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Qurumda müalicə-profilaktika işinin təşkili üzrə nazir müavini vəzifəsində çalışan Murad Məmmədov Səhiyyə Nazirliyinə yeni rəhbər təyin edilib.
Qurbangül Atayeva başqa işə keçməsi ilə əlaqədar təhsil naziri vəzifəsindən azad edilib. Qurumun başına əvvəllər Maqtımqulu adına Türkmən Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Bayramgül Orazdurdıyeva keçib.