- 14.02.2024 15:17
Yeni tərkib formalaşanadək hökumət səlahiyyətlərini icra edəcək
Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icrası Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Proses.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən:
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
– Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.