- 14.02.2024 15:43
Kəmaləddin Heydərov polkovniki İŞDƏN ÇIXARDI
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub.
Proses.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin rəisi polkovnik Elxan Vəliyev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.