- 15.02.2024 16:01
Nazir onu təqaüdə göndərdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının şöbə müdiri vəzifəsindən azad edilib.
Proses.az qaynarinfo-ya istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin müvafiq əmri ilə ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Raqub Mirzəyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub və təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.