- 17.02.2024 17:44
Nail Kərimova vəzifə verildi – FOTO
“Qarabağ”da yeni təyinat rəsmiləşib.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nail Kərimov klubun futbol akademiyasının meneceri təyin olunub.
Qeyd edək ki, Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
