- 22.02.2024 16:32
Leyla Lətifovaya vəzifə verildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Lətifova gətirilib.
Onun bu ilin fevral ayından İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi işə başladığı bildirilir.
Qeyd edək ki, L.Lətifova 5 ildir ki, həmin qurumun ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib.