- 27.02.2024 13:46
Narkotikə görə tutulan tiktoker azadlığa buraxıldı
Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.
Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
Qeyd edək ki, Aysun Mirişli tiktokda “axundova__302_” adı ilə tanınır.