• 27.02.2024 18:21

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hər gün bir neçə maşın bu yolda zərər görür – FOTO

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hər gün bir neçə maşın bu yolda zərər görür – FOTO

Bakı-Quba-Rusiya sərhəd yolunun bəzi hissələrində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçisi Elgün Xıdırov paylaşım edib.

Sözügedən yolla hərəkət edən vətəndaşın sözlərinə görə, avtomobilinə yolun bərbad vəziyyətdə olması səbəbindən ziyan dəyib: “M1 yolunun Xaçmaz istiqaməti indi də bərbad vəziyyətdədir. Şabran ərazisində isə (şəhərə çatmağa təxminən 2-3 km qalmış) yolda əsl təhlükə var. Sürətlə gələn maşın bura düşsə, ən yaxşı halda təkərləri partlayacaq. Pis halda isə artıq özünüz təsəvvür edin. Bəxtim gətirdi ki, pis hal baş vermədi. Yalnız avtomobilimə ziyan dəydi. Bir az qabaqda – yanacaqdoldurma məntəqəsində dedilər ki, hər gün neçə maşın orada zərər-ziyan görür. Mən ora çatanda bir maşın məndən bir az əvvəl ora düşüb domkrat gözləyirdi ki, təkəri dəyişə bilsin. Bizdən də əvvəl neçəsi düşmüşdü”.

Məsələyə nəqliyyat eksperti Ərşad Hüseynov da münasibət bildirib. Ekspert adıçəkilən sürücünün dedikləri ilə razılaşıb, yolların cari təmiri məsələsinin vacib olduğunu deyib: “Cari təmir yolun hər zaman istismara yararlı vəziyyətdə saxlanılması üçün lazımdır. Belə təmir operativlik istəyir, yəni yolda təhlükəsizliyə, yol verilən sürətlə rahat hərəkətə mane olan qüsur yaranan kimi dərhal müdaxilə olmalıdır. Bunun üçün kiminsə müraciətinə, kiminsə tapşırığına ehtiyac olmamalıdır. Ölkəmizdəki bütün yollar konkret qurumların balansındadır. Hər bir yol sahəsinin istismarına cavabdeh təşkilat var. Həmin təşkilatlar daim yola nəzarət etməli, aşkar edilən qüsurları (çalaları, qabarmaları, çökmələri, çatları və başqa deformasiyaları) kimdənsə razılıq almadan, kimdənsə göstəriş almadan aradan qaldırmalıdırlar. Özü də dərhal, uzağı bir neçə saata”.

Ə.Hüseynov qeyd edib ki, yol təsərrüfatı publik bir xidmətdir: “Bu xidmət keyfiyyətli olmalıdır. Yolda olan qüsur sadəcə avtomobillərə ziyan vurmur. Bu, həm də sürücünü lazımsız və təhlükəli manevrlər etməyə məcbur etməklə qəza riskini artırır, sürücünü yorur, rəvan hərəkətə mane olur. Bəzi qüsurlar sürücü və sərnişinlərin həyatı üçün təhlükə doğurur.

Ölkə ərazisinin hər yerində son ay yarımda şaxtalar oldu, qar yağdı. Şaxta və qar yol örtüyünün qüsurlarını daha tez üzə çıxarır, çünki zədəli asfaltın arasına sızan su dondusa, don açılandan sonra həmin yer mütləq dağılacaq. Həm respublika əhəmiyyətli yollarda, həm də şəhər və qəsəbə küçələrində belə qüsurlar çoxdur. Ona görə də yol istismar idarələri, İcra Hakimiyyətləri və bələdiyyələr dərhal müdaxilə edərək yolları normal hala gətirməlidirlər. Yol hərəkəti təhlükəsizliyi və keyfiyyətli xidmət bunu tələb edir”.

Qeyd edək ki, yolun böyük hissəsində əsaslı təmir işləri görülüb və açılışı edilib. Lakin magistralın bəzi hissələrinin hələ də təmirə ehtiyacı var.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…