• 02.03.2024 12:34

“Qadınlar gözəl olmaq istəyirsə, bu dediyimi etsin”

“Qadınlar gözəl olmaq istəyirsə, bu dediyimi etsin”

Medianews.az Tanınmış həkim Rəşid Mahmudovun Kult.az-la müsahibəsini təqdim edir:

– Rəşid müəllim, “Autizm sağalan xəstəlikdir” deyirsiniz, bu da rezorans doğurub…

– Düz deyirəm, elədir. Nəinki autizm, aşağı-yuxarı sağalmayan xəstəlik yoxdur. Televizora baxırsanmı?

– Xeyr. Siz özünüz də televiziyada demişdiniz ki, efirlərimiz pis gündədir, baxmayın.

– O düzdü, amma normal verilişlər də olur, onlara baxın. Mən 17 ildir televizordan bar-bar bağırıram ki, adamlarımızda yod çatışmır, yod. Bu, bilirsənmi nə deməkdir?

– Bilmirəm…

– Yod çatışmayanda insanda piylənmə gedir, kökəlir. Görürsənmi adamlarımız necə kökəlirlər? Saçları tökülür, dəriləri qurulaşır, yaddaşla bağlı problemləri də çoxalır, immunitetləri zəifləyir. Bu da xəstəliklərə yol açır. Bizim torpağın havasında-suyunda yod yoxdur. Mən bunu deməkdən yoruldum. Adamlar gərək buna diqqət eləsinlər. Hamı e, hamı. Tək kişilər yox, elə qadınlar da. İstəmirlər gözəl qalsınlar? İstifadə eləsinlər də.

– Niyə indiyə qədər bu cür problemlər olmurdu?

– Niyə olmurdu ki! Həmişə olub. Qoy, elmi tərəfdən də deyim. “Tiroid hormonları” deyilən hormon var. Onların sintezi üçün vacib olan məsələ “iz elementi”dir. Yod çatışmazlığı bütün dünyada neonatal və uşaqlıqda beyin zədələnməsinin ən çox görülən, qarşısı alına bilən bir səbəbidir. Yod bir çox qidalarda olsa da, bütün torpaqlarda eyni miqdarda olmur. Məsələn, bizdə də yoxdur.

– Bəs harada olur, necə olmalıdır?

– İodin şəklində olan yodun çox hissəsi okeanlarda olur, burada yodid ionları elementar yoda qədər azalır, daha sonra da atmosferə daxil olur və yağış vasitəsi ilə yerə düşür. Bununla da yodu torpaqlara ötürür.

– İndi insanlar neyləsin ki, coğrafi şəraitimiz belədir…

– Deyəcəm, səbirli ol. Yod çatışmazlığı daha çox daxili, dağlıq və tez-tez daşqın olan ərazilərdə olur. Bunun üçün mənim dediyim, təklif elədiyim “ionlaşmış yod” var. Bax, bunu istifadə eləsinlər. Bəs özümü niyə öldürürəm ki, ay camaat, bundan istifadə edin!

– Autizmə də yol açır bu problem?

– Bəs nə? Autizm geniş məsələdir, ilkin olaraq bunları deyə bilərəm. Hələ ən sadə məsələ budur. Bədəndə olan yod çatışmazlığı təpədən dırnağa qədər təsir edir. Bunlar elmdir, elm. Bizimkilər də elmi aparıb dəfn ediblər qəbiristanlıqda. Təkcə autizmə yox, şizofreniya və xərçəngə qədər gətirib çıxardır. Orqanizmdə tükdən tutmuş dırnağa qədər təsir edən yeganə hormon tiroksindir. Yod çatışmazlığı ən çox bu hormona təsir edir ki, nəticədə də autizm kimi xəstəliklər yaranır. 2020-ci ildən alimlər öyrənməyə çalışır ki, bədəndə qalan yod hara gedir? Hələ də elmə tam olaraq məlum deyil.

– Deyirlər ki, autizm sindromdur, xəstəlik yox…

– Desinlər də. Hərə bir söz deyir. Amma nəyə görə deyirlər? Hardan bilirlər? Hamısı elmlidirmi? Hansı əsasları var? Özlərini məndən ağıllı hesab edirlər?

– Daha çox lağ edirlər…

– Məni lağa qoyurlar, sağ olsunlar, amma heç olmasa, gedib elm də öyrənsinlər. Onda görəcəklər ki, mən düz deyirəm. Kim inanmır, gəlsin, şəxsən izah edim, göstərim.

– Autizm xəstəliyini müailəcə edənə gərək Nobel versinlər axı…

– Nobel lazım deyil, eşitsinlər, bəsdir. Lağ eləməklə bir şey olası deyil.

– Sizin özünüzün autizmdən sağaltdınız insan var?

– Sağaldıram da. Onu deyim ki, bu proses “ol” deyəndə olan proses deyil. Autizmin növləri var. Yüngül olur, ağır olur. Məsələn, dörd yaşlı uşağa iki il, səkkiz yaşlı uşağa dörd il müalicə lazımdır. Amma əlavə olaraq, sistemli müalicə də edilməlidir. Məsələn, loqopedlə də qarşılıqlı müalicə. Autizmin əlamətləri çox açıqdır, görünür ki, onlara autizmli uşaqlarda qarşılıqlı əlaqə zamanı keyfiyyət pozğunluğu, ünsiyyət problemi, məhdud fəaliyyətlər və eyni hərəkətlər müşahidə olunur.

– Azərbaycanda xeyli autizm mərkəzləri var. Onlar niyə sağalda bilmir?

– İndi kim nə istəsə, aça bilər. Saxta diplomlarla o qədər mərkəzlər açırlar ki! Mən bilmirəm onlar nə iş görürlər. O cür mərkəzlərin fəaliyyəti bəllidir.

– Bəllidir, yəni, fırıldaqçılardır?

– O cür mərkəzlərin əsas fəaliyyəti uşaqları məktəbə qədər hazırlamaqdır, onlarda müəyyən vərdişlər yaratmaqdır. Tam sağaldacaqlarını deyən varsa, hə, fırıldaqçıdır. Autizmli uşaqların müalicəsi ancaq tibb müəssisəsində deyil, o cümlədən, evdə, bağçada da aparılmalıdır. Burada psixoloq konsultasiyası da vacibdir. Bu elə xəstəlikdir ki, uşaqların da, valideynlərin də psixikasına təsir göstərir.

– Autizmi “dahilik sindorumu” da adlandırırlar.

– Hə, doğrudur, o cür uşaqlarda fərqli, xüsusi istedadlar da ola bilir. Bir sözlə, inanın, əmin olun, dediklərimə əməl edin. Mən bunları özümdən demirəm, bunları mənə elm deyir, bildiyim elmi də sizlərə, xəstələrə çatdırıram.

DİGƏR XƏBƏRLƏR

Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQ – İyunun 19-u…

Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQ – İyunun 19-u…

İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Proses.az xəbər…
“Allah mənə övladımın olmasını göstərməsin” – VİDEO

“Allah mənə övladımın olmasını göstərməsin” – VİDEO

“İndi mənim 47 yaşım var. Övladın başına daş düşsün. (Bu sözlərdən sonra müğənni Niyam Salaminin mikrofonu səs rejissoru tərəfindən söndürülüb).…
Azərbaycanda maraqlı evlilik təklifi – VİDEO

Azərbaycanda maraqlı evlilik təklifi – VİDEO

Azərbaycanda gənc oğlan sevgilisinə maraqlı evlilik təklifi edib.  Proses.az yenisabah.az-a istinadən xəbər verir ki, yaxınlarını ətraflarına toplayan cütlüyün xoşbəxt anları…
Vardanyanın taleyi bizi maraqlandırmır

Vardanyanın taleyi bizi maraqlandırmır

Rəsmi Moskvanı Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın taleyi maraqlandırmır. Proses.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya…
Baqrat külli miqdarda yeyintidə ittiham olundu

Baqrat külli miqdarda yeyintidə ittiham olundu

İşgəncədən, həbsdən, hətta ölümdən də qorxmuram. Proses.az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri arxiyepiskop Qalstanyan iyunun 19-da keçirdiyi mətbuat…
Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ

Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ

“Qızım Nəfisə ilə bir ildir böyük mübarizə apardıq. Nadir xəstəliklərdən idi. Bu da bizimlə bir ömür gedəcək. Müəyyən iynələr var…
Məşhur azərbaycanlı cütlük BOŞANIR

Məşhur azərbaycanlı cütlük BOŞANIR

İnstagramda “Hemistyle” ləqəbi ilə tanınan bloger Həmidə Hacıyeva əri İsmayıl Hacıyevdən boşanır. Proses.az Sfera.az-a istinadən xəbər verir ki, o, bu…
Qızlara verdiyi suallar azərbaycanlı fenomenin başına BƏLA OLDU – FOTO

Qızlara verdiyi suallar azərbaycanlı fenomenin başına BƏLA OLDU –…

Türkiyənin İstanbul şəhərində “Instagram” sosial media platformasında çəkdirdiyi videolarda gənc qızlara mikrofon uzadıb nalayiq suallar verən “Cekaxs” ləqəbli şəxs saxlanılıb.…
Putindən maraqlı ETİRAF: “Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq”

Putindən maraqlı ETİRAF: “Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq”

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq sakinləri ilə görüşdə Yakutiyaya səfərini xatırlayıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, o, həmin…
Mina problemindən ən çox əziyyət çəkən ölkələrdənik – Hikmət Hacıyev

Mina problemindən ən çox əziyyət çəkən ölkələrdənik – Hikmət…

Azərbaycan mina problemindən dünyada ən çox əziyyət çəkən ölkələrdən biridir. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi…
Tərkibində bakteriya aşkarlanan dondurmalar niyə satışdadır? – AÇIQLAMA – FOTO

Tərkibində bakteriya aşkarlanan dondurmalar niyə satışdadır? – AÇIQLAMA –…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, bir sıra firmalara məxsus dondurmaların tərkibində nöqsanlar…
Vəzifəli şəxs faciəvi şəkildə ÖLDÜ

Vəzifəli şəxs faciəvi şəkildə ÖLDÜ

Türkiyədə hakim partiyanın (AKP)  Aydınlar rayonu bələdiyyə sədri Tacettin Karamercan həlak olub. Proses.az Sfera.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri avtomobili…
İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar – FOTO

İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar – FOTO

Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində itkin düşən qızın meyiti quyuda tapılıb. Proses.az lent.az-a istinadən bildirir ki, 12 yaşlı məktəblinin meyiti…
“Övladlarım üçün heç nə etməyəcəm” – VİDEO

“Övladlarım üçün heç nə etməyəcəm” – VİDEO

Əməkdar artist Bəhram Bağırzadə açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, “PodCast Baku”ya övladları barədə danışan aktyor onlara nə…
Təyyarədə qəribə OLAY: sərnişin polisi dişlədi

Təyyarədə qəribə OLAY: sərnişin polisi dişlədi

“British Airways” şirkətinə məxsus təyyarədə qadın sərnişinin qalmaqal salması nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Proses.az lent.az-a istinadən bildirir ki, hadisə Lanzarotedən Qatvikə…