- 06.03.2024 15:49
Ağlasığmaz vəhşilik – Təzminat kimi 1 milyon ödədilər – FOTO
Motosikletlə dünyanı gəzən Fernando-Vicent cütlüyü Hindistanda dəhşət yaşayıb.
Milli.Az xarici mətbuata istinadla bildirir ki, cütlük Hindistanda 7 nəfər tərəfindən vəhşiliyə məruz qalıb. Qadınla ərini döyüb, sonra da qadına qarşı seksual xarakterli hərəkətlər edilib.
Olay bütün dünyada diqqət çəkib. Məsələ ilə bağlı 3 nəfər saxlanılıb, kişiyə 1 milyon rupi təzminat verilib.
Qeyd edək ki, cütlük 5 il boyunca 60-dan çox ölkəni motosikletlə gəzib.