- 16.03.2024 11:00
Ukraynanın Xalq artisti Rusiya vətəndaşlığı almaq istəyir
Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” müğənninin yaxınlarına istinadən bildirib.
“Karolina Kuek (artistin əsl adı-red.) hələ fevral ayında Rusiya vətəndaşlığı almaq üçün ərizə verib”, – agentliyin həmsöhbəti deyib.
Xatırladaq ki, 2016-cı ildə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Ani Loraka Rusiya pasportu ala bilməsi üçün kömək təklif etmişdi. O vaxt artistin nümayəndəsi bildirmişdi ki, Ani Lorak Ukrayna vətəndaşlığını dəyişmək fikrində deyil.