- 16.03.2024 11:05
“İnternatda böyümüşəm” – Aytən kövrəldi – VİDEO
Aparıcı Aytən Səfərova uşaqlıq illərindən danışarkən kövrəlib.
Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda verilişində söz açan aparıcı internat məktəbində böyüdüyünü deyib. Uşaqlığından danışan Aytən kövrəlib:
“Nənəm mağazada işləyirdi, bir kürkü var idi, hər axşam onu gözləyirim ki, cibindən konfet çıxacaq. Onu görəndə mənə bütün dünya xoş gəlirdi, sanki dünya verilirdi. Bir də gəlincik var idi, 3-4 ay o oyuncağı istədim. Yenə də atam, anam yox… İnternatda böyümüşəm. Müəyyən dövdə məni nənəm götürərdi. Mənim üçün onun cöhrəsi sevinc idi”.