• 16.03.2024 12:45

Qırmızı vərəqə yox idi, VAR-da oturanlar elə etdilər ki… – Beynəlxalq dərəcəli hakim

Qırmızı vərəqə yox idi, VAR-da oturanlar elə etdilər ki… – Beynəlxalq dərəcəli hakim

“Hakim düzgün qərar vermişdi, qırmızı kart yox idi. Lakin VAR-da oturanlar onu yönləndirdilər”.

Proses.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayer” – “Qarabağ” matçında qonaq komandanın əleyhinə verilən qırmızı vərəqə ilə bağlı AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri, beynəlxalq dərəcəli hakim Xəqani Məmmədov deyib.

Xəqani Məmmədov bildirib ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev qayda pozuntusunu mərkəz xəttində etsəydi, tək oyunçu qaldığı üçün qırmızı kart vermək doğru qərar olardı:

“Amma hücum cinahdan gedirdi və digər müdafiəçi onu sığortalaya bilərdi. 9-10 addım atandan sonra tarazlığını itirib yıxıldı, buna görə qırmızı vərəqə göstərildi. Əslində, hakim düzgün qərar vermişdi. Lakin VAR-da oturanlar onu yönləndirdilər”.

Xəqani Məmmədovun sözlərinə görə, İngiltərə futbolunda belə epizoda qırmızı kart verilmir:

“İngiltərəli hakim Entoni Teylor epizoda yaxın idi. Əvvəlcə düzgün qərar vermişdi. Təəssüflər ki, futbolda yeni bir tendensiya yaranıb, hakimlər və VAR-da olanların yalandan olsa belə, bir-birini dəstəkləməsi dəb halına düşüb. Yəni hakim düşünür ki, öz verdiyim qərarı saxlasam, VAR-da əyləşən hakimlərə pis olar. Hər yerdə belədir, hakimlər bir-birini dəstəkləyirlər”.

Beynəlxalq dərəcəli hakim oyuna əlavə olunan vaxtdan da danışıb: “Oyuna 6 dəqiqə artırılması düzgün qərar idi. Çünki zədələnmə, simulyasiya, əvəzetmələr var idi. 6 dəqiqənin içində heç nə baş verməmişdi, nə əvəzetmə, nə də zədələnmə vardı. Oyunu düz 55 saniyə artıq oynatdı ki, qol vursunlar. Ondan sonra xala xətri qalmasın deyə 2-3 dəqiqə artıq oynatdı ki, kompensasiya olsun”.

DİGƏR XƏBƏRLƏR

Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…
Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib. Trend rus KİV-lərinə istinadən xəbər…
Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayış olub. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş…
“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

Müğənni Əlikram Bayramov “Rəngarəng”in qonağı olub. Sənətçi anasına yada salaraq göz yaşları töküb. Bayramov dünyasını dəyişən anasının onu son anda…
İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu – VİDEO

İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu –…

İrəvan meriyasında əlbəyaxa dava baş verib Ermənistanın paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclası gərgin anlar yaşanıb. Nəqliyyat tariflərinin müzakirəsi zamanı deputatlar arasında…
Ağcabədidə qumbara partlayan evdən VİDEO

Ağcabədidə qumbara partlayan evdən VİDEO

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Proses.az Trend-ə istinadən xəbər verir ki, baş verən parlayış…
“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin instaqram hesabında uzun müddət sonra status paylaşılıb. Statusda bundan sonra səhifəni qardaşı Nihat…
Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər…
Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq Niyazi Mehdi Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Proses.az xəbər verir ki, Dilarə Mehdi Teleqraf.com-a…
Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama…
Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib. Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib. Müvafiq…