- 20.03.2024 16:11
Trampdan Avropaya xəbərdarlıq: Ödəniş etməsəniz…
Avropa ödənişini etsə, ABŞ NATO-dan çıxmayacaq.
Proses.az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti, hazırki prezidentliyə namizəd Donald Tramp deyib.
O bildirib ki, Avropa ölkələri “ədalətli oynasalar”, ABŞ 100 faiz NATO-da qalacaq.
Tramp vurğulayıb ki, Avropa Amerikanın dəstəyindən istifadə etməməli, müdafiə xərclərini ödəməlidir:
“NATO ABŞ-la ədalətli davranmalıdır, çünki ABŞ olmasaydı, NATO sözün əsl mənasında mövcud olmazdı”.