- 20.03.2024 16:46
Dani Alveş 1 milyon verib azadlığa çıxdı
İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş azadlığa buraxılıb.
Proses.az report-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi yekun qərar çıxarılana qədər həbsdə olmayacaq.
Barselona məhkəməsi son hökm çıxana qədər onun evinə buraxılmasını qərara alıb. Alveş bunun üçün 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib.