• 23.03.2024 18:55

Makron öz “kişi obrazı”nı belə DARMADAĞIN edir – ŞOK AÇIQLAMALAR

Makron öz “kişi obrazı”nı belə DARMADAĞIN edir – ŞOK AÇIQLAMALAR

“Makrona qədər Fransa-Azərbaycan əlaqələri kifayət qədər normal idi. İstər Heydər Əliyevin dövründə, istərsə də ondan sonrakı mərhələdə. Jak Şirakın hakimiyyət illərində, Nikolya Sarkozinin Azərbaycana səfəri və s. Emmanuel Makron hakimiyyətə gələndən sonra isə münasibətlər kəskin pisləşməyə doğru getdi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

SAMİR SON.jpg (198 KB)

Politoloq qeyd edib ki, Makron dünyada imicini ciddi şəkildə itirən dövlət başçılarından biridir:

“Onun son dövrlər atdığı addımlar nəticəsində Fransa Afrikadan qovuldu. Fransa öz nüfuzunu bərpa etməyə cəhd edir, amma bacara bilmir. Makronun yeritdiyi siyasət həm daxildə ona qarşı etirazları artırır, həm də xaricdə sözün əsl mənasında ələ salınır. Makronun ətrafında gülməli bir vəziyyət yaranıb.

Aydın məsələdir ki, Makronun Azərbaycan Prezidenti ilə bağlı qərəzli yanaşması bir kompleksdir. Çünki Azərbaycan Prezidentinin yaratdığı bir imic var. Bu imic Makronun arzuladığı bir imicdir, lakin bunu bacara bilmir. Ona görə də hər addımında bir səhv buraxan Makronun təbii ki, Fransa-Azərbaycan münasibətlərini də bərbad günə qoymasının şahidi oluruq. Belə insanlar süni şəkildə öz ətrafında bir görüntü yaratmaq istəyir, amma onun nəticəsi uğurlu olacaqmı? Həm Fransa daxilində olan media təmsilçilərinin açıqlamalarında, həm də xaricdə olan media orqanlarında artıq Makronun gülüş hədəfinə çevrildiyini görmək olur.

Makron Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirir. Məncə, belə davam etsə, bu, Makronun özü üçün problem yarada bilər. Çünki Qafqazda möhkəmlənmək istəyən Fransa üçün Azərbaycanla qarşı-qarşıya gəlmək uğurlu nəticə verməyəcək. Fransa həm daxilindəki problemlərlə, həm də xaricdə zədələnmiş imiclə bir yerə vara bilməyəcək. Ola bilsin ki, daha sonrakı dövrdə, daha loyal bir şəxs, praqmatik düşünən bir şəxs hakimiyyətə gələndə vəziyyət düzələ bilər. Amma indiki vəziyyətdə bu, mümkün deyil. Makron “Ukraynaya ordu yeridəcəyik” dedi, Zelenski, ABŞ onun cavabını verdi. Yəni Makron bu məsələdə də biabırçılıq yaşadı. Daha öncə bildirmişdi ki, NATO “beyin ölümü” keçirir, sonra başladı təşkilatdan möhkəm yapışmağa. Makron öz dediyini özü təkzib edir. Hətta Azərbaycana qarşı o qədər aqressiyası var ki, Natəvanın heykəlinə belə, tolerant yanaşa bilmədi, ancaq Azərbaycanı tolerantlıq göstərməyə çağırır.

NATAVAN SON .png (1.35 MB)

Bugünkü Fransada baş verən hadisələrin kökündə təbii ki, Makronun yarıtmaz siyasəti durur. Emmanuel Makronun kişi olmaq istəyib, amma ola bilməmə kompleksi onu uçuruma aparır”.

Politoloq Makronun “kişi obrazı” yaratmaq cəhdindən də danışıb:

“Makronun “kişi obrazı” yaratmaq cəhdinin arxasında duran əsas səbəb onun sürətlə aşağı düşən nüfuzu məsələsidir. Ölkə daxilində keçirilən rəy sorğularında artıq Makronun seçkidən öncəki nüfuzu demək olar ki, yarıya qədər aşağı düşüb. İnsanlarda ona qarşı inamsızlıq formalaşıb. Digər tərəfdən, artıq Fransa siyasi eşelonu da onu sorğulamağa başlayıb. Çünki Makron haqqında bəzi foto, videolar ortaya çıxdı. Belə olan halda ölkə daxilində ciddi bir kriz yarana bilər. Əgər bu böhran dərinləşərsə, təbii ki, impiçment məsələsi də gündəmə gələ bilər. Hər nə qədər desək də ki, Fransada bəzi şeylərə adi yanaşırlar, amma Makron dövlət rəhbəri olduğu üçün daha ciddi bir problem ortaya çıxır. Onun təyin etdiyi baş nazir və xarici işlər nazirinin hansı münasibətdə olduğu məlumdur.

HOMO.jpg (550 KB)

Makron “kişi obrazı” yaratmaqla böyük bir siyasətçi, şəxsiyyət olduğunu vurğulamaq istəyir. Məncə, bu, artıq mümkün deyil. Çünki zədələnmiş nüfuzu yenidən bərpa etmək o qədər də asan məsələ deyil. Hətta istəsə belə, onun bərpası mümkün olmayacaq.

Hakimiyyət məsələsinə gəldikdə, Makron 3-cü dönəmə də təkrar gedə bilər, yaxud da hakimiyyətini sona qədər qorumağa çalışar. Çünki tarixdən görürük ki, Fransa inqilabların baş verdiyi bir ölkədir”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…