• 30.03.2024 11:43

“Baldırını, sinəsini açanları 3-5 minə…” – Şeyx onları biabır etdi

“Baldırını, sinəsini açanları 3-5 minə…” – Şeyx onları biabır etdi

“Bu gün dünyanın başının pozulduğu bir vaxtda biz bir xalq, bir millət olaraq soyumuza, kökümüzə qayıtmalıyıq”.

Proses.az bildirir ki, bunu Redaktor.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O söyləyib ki, ümumi dünyanın içində it-bat olmaq istəmiriksə, televiziyaların eybəcər, iyrənc, gülünc, aşağılayıcı işlərinə ehtiyac yoxdur:

“Buna qarşı ilk söz deyən, ilk mübarizəyə başlayan mənəm. Üç nəfər, beş nəfər tullantı kimi baxdığımız, həşərat kimi baxdığımız, Azərbaycan xalqına nümunə ola bilməyəcək, ərin qoyan, arvadını qoyan, uşağını qoyan, dədəsindən qaçanlar saatlarla niyə təbliğ edilməlidir? Bu gün gənclərə niyə öyrədirik? Abır, ismət deyilən şeydən niyə qaçırıq? Efirə çıxıb oxumaq üçün ətəyi qurşağa kimi qaldırmağa nə ehtiyac var? Bu nə deməkdir? Oxumaqdır, sənətdir, mədəniyyətdir, inkişafdır? Həvva nənə nümunəsi var da, əncir yarpağını bağlayaq, çıxaq səhnəyə. Avropada, dünyanın başqa ölkələrində kimsə bunu edirsə, bunun bizə nə aidiyyatı var? İnsanın abrı, isməti onun Allah verdiyi əndamındadır, bədənindədir. Kimsə sinəsini şişirdir, kimsə balağını qaldırır. Bunların xalqa ideologiya, təbliğata, mədəniyyətə, mənəviyyata nə dəxli var? Çox təəssüflər olsun ki, buna kütləvi surətdə şərait yaradırlar, təbliğ edirlər. Kütləvi surətdə məhz bu televiziyalarla, verilişlər şərait yaradır. Milli musiqi mədəniyyətimiz, mahnı ifaçılığımız bərbad vəziyyətə salınır, dağıdılır. Bu kimi hallara dəstək verən, bunu təşkil edən maraqlar dövlət səviyyəsində aydınlaşdırılmalıdır. Hansı televiziyalar bunu təbliğ edirsə, arxasında hansı maraqlar durursa aydınlaşdırılmalıdır. Bir milləti biabır etmək üçün 10 dəqiqə vaxtını aldın, iki saat vaxtını aldın, nə dəxli var? Söhbət mahiyyət etibarilə, prinsip etibarilə o cür verilişlərin birdəfəlik yığışdırılmasından gedir. Hər şeyin alternativ nümunəsi var. Azərbaycanda yeni, normal ağsaqqal, ağbirçək, normal ailələr, böyük ifa mədəniyyəti olan, böyük bir nitq mədəniyyəti olan, böyük elmi olan elm, mədəniyyət, sənət xadimlərimiz yoxdur ki, sən ayrıca alternativ olaraq onlarla veriliş edəsən? Millət görsün, bu da var və seçim şansı olsun, bu pisdir, bu yaxşıdır. Kütləvi surətdə əxlaqsızlığı, mənəviyyatsızlığı gecə-gündüz təbliğ edirsən, uşaq da, böyük də baxır. Hamı axı eyni şüurun sahibi deyil. Mənəviyyatsızlığı təbliğ edənləri güllələmək, edam etmək təklifində deyiləm. Gələcək nəsillərimizə nümunəvi faktorlar, epizodlar, verilişlər qoymaq lazımdır”.

Xalq artisti dedi ki, bəzi verilişlərin vaxtının azalması növbəti fırıldaqdır, fikir yayındırmaqdır:

“Bu verilişlər kökündən dayandırılmalı, durdurulmalıdır. Ciddi danışılası ziyalılarımız da var, görüləsi işlərimiz də var. Bunlar hamısı bərpa olunmalıdır. Reklam xatirinə millətin əxlaqını, mənəviyyatını, ideologiyasını, dövlətin siyasətini məhv edə bilmərik. Allahı çağırıb, qanunlarımıza sığınıb, bir-birimizə arxa olub, soyumuza söykənib, özümüzü bərpa eləməliyik, bərpa olunmalıyıq. Artıq bıçaq sümüyə dirənib, millətin, sümüyün doğrayırlar. Küçəyə çıxa bilmirəm, yüzlərlə adam üstümə hücum edir ki, “ay Şeyx, ay ağsaqqal, bu televizyalar nə gündədir”. Məndən çox çıxıb danışan yoxdur, mən neyləyim ki? Hamı məni düşmən gözündə görür, Allahın toy manısları məni görəndə üzlərini döndərib, gedirlər. Gedib sənətləri ilə məşğul olmurlar. Ataların bir misalı var. Deyir ki, ağıllı fikirləşənə kimi, dəli vurub çayı keçir. İstedadlı insanlar, abır-həya gözləyən insanlar olurlar, bu istedadsızlar toy manısları pulun hesabına hər iş görür. Burada xalqın da günahı var, baldırını, sinəsini açanları 3-5 minə toyuna çağırırlar, o da gedib hoqqalardan çıxır. Birinci günah elə xalqın özündədir”.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…