- 03.04.2024 12:43
Zaxarovadan ittiham: “Qarabağa dair qərarlarına görə…”
“Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Avropa İttifaqı (Aİ), ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verəcəyindən asılıdır”.
Proses.az Medianews.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ermənistan Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verib.
“Regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır. Rəsmi İrəvan qərarlarını Qərblə məsləhətləşdikdən sonra verib. Mən İrəvanın Qarabağa dair qərarlarına görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını ittiham edirəm”, – deyə Zaxarova bildirib.