• 06.04.2024 09:23

Nizami Rəmzinin qızı: “Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm”

Nizami Rəmzinin qızı: “Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm”

Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran “Elgizlə izlə” ictimai-sosial verilişinin efirinə çıxaraq özünü onun atasının qızı olduğunu iddia edən Reyhanla bağlı qalmaqallı açıqlama verib.

Proses.az bizim.media-ya istinadən bildirir ki, Heyran bildirib ki, atasının Reyhan adında bir qızı olmayıb.

Bu səbəbdən isə o qarşı tərəfin DNT testdən keçməsini tələb edib:

“Mən Nizami Rəmzinin vağzalı sədaları və ellər görmüş toyu ilə dünyaya gələn övladıyam. Gəlsinlər, məndən DNT testi götürsünlər. Özünü atamın qızı olduğunu iddia edən xanımdan da həmin testi götürsünlər. Mən bunu tələb edirəm. Mən özümə bu mövzuda güvənirəm. O da əgər güvənirsə DNT testindən keçsin.

Bu mövzu artıq məni boğaza yığıb. Kim nə edir, nə etmir, gəlirlər mənə “bacına get yiyə dur” kimi sözlər deyərək, məni təhqir edirlər. Mən dünyaya gələndə mənimlə müqavilə bağlamışdılar? Mən kimlərinsə atası, anasıyam? Bəs mənimlə kim maraqlanacaq? Mənim o xanımla aramda 4-5 yaş fərq var. Mən bir ara yox idim, dedilər ki, “ölmüşəm”. Söyləyirəm onlara ki, “Kraliça geri döndü”.

İndi mən onlara meydan oxuyum, onlar da baxsınlar. Onlar bu kimi məsələlərlə Nizami Rəmzinin adını batıra bilməzlər. Gündə biri çıxıb deyir ki, mən Nizami Rəmzinin qızıyam. Məşhur olanda belə olur da… Məndə sabah çıxım deyim ki, Maykl Ceksonun qızıyam”.

Heyran proqramın gedişatında bildirib ki, Reyhana dəfələrlə maddi dəstək olub:

“Mən milyonçu deyiləm. Əlimdən gələn köməyi ona etmişəm. Nizami Rəmzinin qızı olduğuna görə və mən də, bibim oğlu da ona yardımlar etmişik. Ehtiyacı olduğuna görə, o dəfələrlə qapımıza gəlib. Sonra o çıxıb müsahibə verdi ki, mənim heç kimim yoxdur. Nizami Rəmzidən sonra da mənim heç kimim yoxdur. Əgər məni “heç kim” sayırsa, fikirləşdim ki, bəlkə də o doğurdan da “heç kimdir”…

Mən niyə bu qadını atam Nizami Rəmzinin qızı kimi qəbul etməliyəm? Getsin DNT analizi versin. Nizaminin qızı belə söz deyə bilməz. Mən Nizaminin qızıyam, bacılarımı da, nəslimi də tanıyıram. Necə axı biz sənı yardım etməmişik? Müsahibə zamanı sevgilin haqqında danışıb, ağlayırsan və deyirsən ki, mənə kömək edən o və onun anası olub. Hansı ki, elə söhbət yoxdur. Onu bu vəziyyətə salan elə dediyi sevgilisi olub.

Onun sözlərindən belə çıxdı ki, sevgilisi oldu “krallar kralı” biz isə olduq “pislərin pisi”. Ona görə də, getsin, DNT testi versin. O mənim bacım ola bilməz”.

Qeyd edək ki, özünü Nizami Rəmzinin qızı kimi təqdim edən Reyhan narkotik asılılığından əziyyət çəkməsi və səfil həyatı yaşaması ilə bağlı bloger Nail Kərimli sosial şəbəkə hesabında məlumat paylaşıb. Bundan sonra o Reyhanı onun istəyi ilə reabilitasiya mərkəzlərinin birinə müalicəyə göndərib. Reyhan hazırda orada müalicə alır.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…