• 07.04.2024 18:50

“Əgər kəbinsiz, talaqsız murdar olub yaşamaq istəyirsinizsə…” – “Günahın hamısı elə xalqdadır!”

“Əgər kəbinsiz, talaqsız murdar olub yaşamaq istəyirsinizsə…” – “Günahın hamısı elə xalqdadır!”

“Bu gün efir bərbad vəziyyətdədir, bəzi ifaçılar çıxıb açıq-açıq verilişlərdə deyir ki, rəsmi nikaha ehtiyac yoxdur, əsas odur möhür ürəyə vurulsun”.

Proses.az bildirir ki , bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Efirlərdə tez-tez şəxsi həyatlarını gündəmə gətirən, gənclərə pis örnək olan məşhurlar barədə danışan kinorejissor onları qınaq atəşinə tutub:

“Mən bu tip oxuyanların çoxunu heç tanımıram, bilmirəm onların təhsili, savadı var, ya yox. Amma böyük ehtimalla onların musiqi savadı yoxdur, çünki belələri inanmıram efirdə olsun. Efirlər sanki xalqın qəsdinə durub, harada savadsız, oxuya bilməyən, mədəniyyətsiz adamlar varsa, göstərirlər, adam baxanda iyrənir. Onlar pul qazanacaq deyə millətin əxlaqını məhv etməlidirlər?!

Çıxıb efirdə şəxsi həyatlarından, rəsmi nikahının olmamağından danışırlar. Əgər siz kəbinsiz, talaqsız murdar olub yaşamaq istəyirsinizsə, özünüz bilərsiniz. Milli-mənəvi dəyərlərimizə, qanunlarımıza zidd olan hər şey murdarlıq və zinakarlıqdır! Əgər siz bunu özünüzə rəva bilirsinizsə, gedin, kənarda bunu yaşayın, efirə çıxıb milyonlara bunu təbliğ etməyin!

Belə adamlar efirə çıxdıqca özünə bənzəyən bir neçə nəfər də dərhal tapılır və birləşib bunu təbliğ etməyə başlayırlar. “Çexotka” (vərəmli – red.) adam onun-bunun qabına tüpürür ki, digərləri də elə olsun.

Kimsə əxlaqını, namusunu, abır, ismətini gözləyə bilmirsə, televiziyalar bunu niyə kütləvi şəkildə təbliğ edirlər?! Necə yəni nikah boş şeydir? Əgər sən ailənin, dövlətin xeyir-duasını almırsansa, dünyaya gətirdiyin uşaqlar da bic olacaq. Belələrinə ayıb olsun!

Nə işlə məşğul olurlar, özləri bilər, Allah işlərini avand etsin, amma bunu hər kəsin önündə danışıb, xalqın adına bağlamasınlar”.

Sənətçi bu problemin həll olunmasında telekanalların rolunun vacibliyindən danışıb:

“Mən televiziya işçilərinə müraciət etməkdən bezdim, bəsdir də, ay uşaqlar, nə qədər olar axı?! Onlarda insaf, vicdan olmalıdır. Nə qədər lazımsız şeyləri təbliğ etmək olar, ayıbdır, vallah, ayıbdır. Axı bu xalq sənindir. Hamı televiziyaya müqəddəs məbədgah kimi baxır, gördükləri şüuraltına yeriyir, diqqətli olmaq lazımdır.

Çıxıb efirdə lazımsız şeylər danışan müğənnilər bəzən deyir ki, “yeniyetmələr niyə bizdən tərbiyə götürür, getsin valideynlərindən götürsün”. Bu nə düşüncədir axı? Deməli, sən özün o yolun yolçususan. Günah elə xalqdadır! Balalarının boğazından kəsib məclisə həmin müğənniləri çağırırlar. Ətək-ətək belələrinə pul tökəndə sabah o da çıxıb efirdə bu cür danışacaq da. Niyə televiziyalar, xalq onları boykot etmək əvəzinə, əksinə reklam edir? Onlar millətin əxlaqı, mənəviyyatı ilə oynayırlar. Artıq efirlərdə bir-biri ilə evlənən qızları, oğlanları göstərirlər. Biz hara gedirik?!”

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…