• 09.04.2024 11:54

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb… – FOTO

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb… – FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirən Əhməd Əhmədovun bacısı – Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı şok məlumatlar yayılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub.

Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərində nəqliyyat polisinin rəisi işləyib.

O, vaxtilə korrupsiyada ittiham edilərək həbs olunub. İddialara görə Niftəliyev polis əməkdaşları üçün nəzərdə tutulan vəsaiti mənimsəyib.

Niftəliyev 2014-cü ilin oktyabrında korrupsiyada və qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Qanunsuz silahlar 2011-ci ilin yayında axtarış zamanı şübhəlinin mənzilində tapılıb.

23 cildlik cinayət işində ümumilikdə 10 cinayət epizodu olub. Müttəhimlər kürsüsündə isə şübhəli dəstə lideri və onun üç ortağı oturub.

Cinayət işi üzrə 5 mayor və üç polis polkovnik-leytenantı olmaqla 13 zərərçəkmiş şəxs olub. Niftəliyev onların adına əlavə maddi yardım yazıb və pulu şəxsi maraqları üçün mənimsəyib.

Müstəntiqlərin fikrincə, Niftəliyev ağır maddi vəziyyətə görə polis əməkdaşlarını onlara maddi yardım göstərmək üçün ərizə yazmağa məcbur edib.

Onun iştirak etdiyi maliyyə pozuntularının izi 2012-ci ilə qədər uzanır. O, Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Trans-Baykal Xətti İdarəsi tərəfindən alınan federal vəsaiti də “yuyub”. Niftəliyev öz qulluq mövqeyindən və tabeliyində olan işçilərin ondan asılılığından istifadə edərək, müstəntiqlərin fikrincə, ağır maddi vəziyyətlərinə görə polis əməkdaşlarını onlara əlavə maddi yardım göstərmək üçün ərizələr yazmağa məcbur edib. Lakin onların çoxu bu pulu görməyib.

Maraqlıdır ki, Niftəliyev bu cinayətlərinə görə məsuliyyətdən yaxa qurtara bilib. Amma hüquq-mühafizə orqanlarından qovulub.

Bundan sonra o, diaspor fəaliyyətinə qoşulub. Tofiq Niftəliyev 6 il “Araz” SC-nin rəhbəri olub. Amma burada da qaranlıq əməllərindən qalmayıb. Bildirilir ki, Niftəliyev 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra diaspor üzvlərindən zərərçəkənlərə yardım toplayıb. Amma bu yardım Türkiyəyə çatdırılmayıb, Niftəliyev tərəfindən mənimsənilib. O da iddia olunur ki, Niftəliyev Blaqoveşenskdə özlərini banda kimi aparan qrup formalaşdırıb. Bu qrup sayəsində isə hər kəsi, o cümlədən şəhərdə yaşayan azərbaycanlıları qorxu altında saxlayır.

 

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…