• 10.04.2024 17:50

Bakıda adamlar bu səbəbdən ölür – İlginc statistika

Bakıda adamlar bu səbəbdən ölür – İlginc statistika

Ekspertlər deyir ki, rəqəmlər qorxunc olsa da, reallıqdır, odur ki…

Bakı şəhərində il ərzində təxminən 15 min nəfər dünyasını dəyişir. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Paytaxt sakinləri arasında ölümün əsas səbəbləri bir sıra xəstəliklərdir. Səbəblər sırasında ilk yerdə qan dövranı sisteminin xəstəlikləri (ürək-damar) gəlir. Belə ki, ildə 8 minə yaxın paytaxt sakini bu xəstəliklərdən dünyasını dəyişir. Sonrakı yerdə yenitörəmələrdən (şiş xəstəlikləri) vəfat edənlər gəlir: ildə təxminən 2000 nəfər. Paytaxtda bəzi infeksion və parazitar xəstəliklər səbəbindən ölənlər ildə 750-800 nəfər arasında dəyişir. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən ölənlər ildə təxminən 600 nəfər təşkil edir. Sinir sistemi xəstəliklərindən ildə 850 nəfər, həzm sistemi xəstəliklərindən ildə 450 nəfər vəfat edir. Tənəffüs sistemi xəstəliklərindən hər il ölənlərin sayı 400 nəfərə çatır. Sidik-cinsiyyət sisteminin xəstəliklərindən ölənlər də az olmur: ildə 180 nəfər. Paytaxt sakinləri arasında ölümün bəzi digər səbəbləri də var. Statistika Komitəsinin məlumatı reallığı nə qədər əks etdirir?

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatına görə, 2023-cü ilin təkcə yanvar ayında 900 ölüm hadisəsindən 610-u ürək-damar xəstəlikləri səbəbindən baş verib: “Ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri üstünlük təşkil edib. Bu isə ölüm səbəblərinin 68%-i deməkdir. Bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşların ilkin səhiyyə xidmətlərindən vaxtında keçmələri tövsiyə olunur. Statistikaya görə, dünyada, o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (infarkt, stenokardiya) birinci yerdədir. Bunun əsas səbəblərindən biri də insanların müntəzəm olaraq həkim müayinələrindən, tibbi yoxlamalardan keçməməsidir. Ürək-damar xəstəliklərindən yaranan ölümlərin statistikasında ani ürək ölümlərinin payı da çoxdur. Ani ürək ölümlərinin bir çox səbəbləri var. Bunlardan biri də insanların vaxtında profilaktik müayinələrdən keçməyərək, yaranan bəzi simptomlara əhəmiyyət verməmələridir. Halbuki erkən diaqnozun qoyulması insanları həyati təhlükədən xilas edə bilər”.

Qeyd edək ki, ötən il dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatına görə, ölkəmizlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi isə 388,41 kimi qeyd edilib. Rusiya siyahıda 27-ci yerdə qərarlaşsa da, 204,5 reytinq dərəcəsinə görə ürək, qan-damar sistemi xəstəlikləri üzrə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri sayılır. Statistikaya görə, Türkiyə ürək, qan-damar sistemi xəstəliklərinə görə riskin daha az olduğu ölkə sayılır, reytinqdə isə 127-ci yerdə qərarlaşıb.

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, rəqəmlər reallığı əks etdirir: “Çünki ürək-damar sistemi xəstəlikləri ilə ölümlərin sayı onkoloji xəstəliklərdən öndə gedir. Bütün dünyada belədir. Bizdə də ürək-damar sistemi xəstəliklərinin sayı daha öndədir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da bu əks olunur. Əlbəttə, ikinci yeri onkoloji xəstəliklər tutur. İnfeksion xəstəliklər COVİD, post-COVİD xəstəlikləri, yaxın vaxtlarda qızılca da epidemiya kimi ortaya çıxdı. Yəni ötən illərə nisbətən infeksion xəstəliklər artıb. Ümumən bu statistika, infeksion xəstəlikləri çıxmaq şərtilə, davamlı olaraq ürək-damar xəstəlikləri və onkoloji xəstəliklər ölümlərə səbəb olma baxımından ilk yerdədir”.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bizimlə söhbətdə bildirir ki, istənilən xəstəliyin statistikası izləndiyi zaman insanlarda həyəcan yaranır: “Hər kəs bilir ki, o statistikanın içində doğma insanları, hətta özü də ola bilər. Təşviş halında olan şəxsin üzvi xəstəliyi dərhal özünü büruzə verməyə çalışır. Ona görə də statistik məlumatlar oxunduğu zaman onlardan fərdi və ümumi formada qərarlar çıxır. Xüsusi məqam odur ki, statistik məlumatlarda bir şəxs belə təsadüfi deyilsə, bu, göstəricidir. Yəni statistik məlumatda qeyd olunan bir nəfər belə çoxdur. Ölüm hallarında statistika müqayisə funksiyasını daşıyır. Müqayisə zamanı mənfi halın düşüncəsi yaranır. İnsanda hansısa mənfi halın düşüncəsi yaranarsa, insan o halı təlqin edir. Bütün xəstəliklər insan orqanizmində düşüncə olaraq mövcud olur. Sonrakı mərhələlərdə o düşüncə bədən olaraq özünü ifadə etmiş olur. İnsanların xəstəlikləri fiziki şikayətlərlə müşayiət olunan olsa da, bəzən üzvi bir pozuntunun qaynağı olmadığı hallar da mövcud olur. Psixosomatik xəstəliklərin qaynağı bədən deyil, ruhdur. Davamlı olaraq fiziki ağrı varsa və tibbi müdaxilə nəticə vermirsə, psixoloji amillər nəzərə alınmalıdır. Bəzən hansısa psixoloji pozuntular üzvi xəstəliklərin müalicəsinə maneə yaradır. Bədənin sağlam olması üçün düşüncəyə təsir etmək və ya dəyişmək imkanları inkişaf etməlidir. Tibbi müdaxilə olunsa belə, psixoloji konsultasiyanın aparılması artıq şərtdir. İstər yüngül, istərsə də ağır xəstəliklərin müalicəsində psixoloji fəaliyyətlər genişləndirilməlidir. Tibbi baxışın olması psixoloji yanaşmanı daha ətraflı təqdim etmiş olur və ya əksinə. Fiziki xəstəliyin müalicəsi zamanı psixoloji aspekt vacibdir. Hər bir oxşar xəstəlikdə oxşar baxış bucaqları var”.

Ekspert əlavə edib ki, psixosomatik xəstəliklər psixoloji mənşəli olmasına baxmayaraq, fiziki xəstəliyin göstəricilərinin prototipi olaraq özünü göstərir. Yaranmış düşüncə xətasına səbəb fiziki şikayətin real olması da ola bilər. Düşüncənin ilk olaraq idarə olunması, daha sonra isə düşüncənin dəyişilməsi psixoterapiyanın əsas fəaliyyət xəttidir. İstənilən ağır və ya yüngül əməliyyatdan əvvəl və sonra psixoloji konsultasiya aparılmalıdır. Fiziki şikayəti olan şəxsin psixologiyası da analiz edilməlidir. Bu, fiziki şikayəti olan şəxsin müalicə prosesində xüsusi rol oynayacaq. Ehtiyac yaranarsa, şəxs əməliyyat prosesinə etiraz etməyəcək. Əməliyyat öncəsi yaranmış qorxu və həyəcan əməliyyat sonrası formalaşmış təşvişi genişləndirmiş olur. Xəstəlik zamanı qəbul olunan dərmanların əsas məqsədi beyinə lazım olan siqnalın verilməsinə və ya çatmasına nail olmaqdır. Psixoterapiyanın da əsas məqsədi beyinə lazım olan siqnalın verilməsi və ya çatması üçün düşüncə yaratmaqdır. Sağalma prosesinin keyfiyyət göstəricisində psixoloji fəaliyyət olmalıdır. Sağalmaq ölümdən qaçmaq deyil, ölümə hazır olmaq düşüncəsidir”.

“Yeni Müsavat”

DİGƏR XƏBƏRLƏR

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…
Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib. Trend rus KİV-lərinə istinadən xəbər…
Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayış olub. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş…
“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

Müğənni Əlikram Bayramov “Rəngarəng”in qonağı olub. Sənətçi anasına yada salaraq göz yaşları töküb. Bayramov dünyasını dəyişən anasının onu son anda…
İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu – VİDEO

İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu –…

İrəvan meriyasında əlbəyaxa dava baş verib Ermənistanın paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclası gərgin anlar yaşanıb. Nəqliyyat tariflərinin müzakirəsi zamanı deputatlar arasında…
Ağcabədidə qumbara partlayan evdən VİDEO

Ağcabədidə qumbara partlayan evdən VİDEO

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Proses.az Trend-ə istinadən xəbər verir ki, baş verən parlayış…
“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin instaqram hesabında uzun müddət sonra status paylaşılıb. Statusda bundan sonra səhifəni qardaşı Nihat…
Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər…
Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq Niyazi Mehdi Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Proses.az xəbər verir ki, Dilarə Mehdi Teleqraf.com-a…
Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama…