• 13.04.2024 12:59

“Mən gözləmirdim ki, oğlum İbrahim gəlib…”

“Mən gözləmirdim ki, oğlum İbrahim gəlib…”

“Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. Bu ssenarilərdə mən də, digər böyük sənətkarlarımız da improvizə edirdilər. İndi yazarlar cılızlaşdığına görə improvizə də yoxdur. İmprovizə etmək üçün material, əsər olmalıdır, məqam gəlməlidir. O məqam yoxdur. Ona görə də yersiz, şit parodiyalar çoxalıb. Səviyyəsiz dərəcəyə gəlib çıxır. Təbii ki, peşəkarcasına oynayan uşaqlar da var, onlara uğurlar arzulayıram”.

Proses.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.

“Aktyor gərək anadan aktyor doğulsun. Sonra da getsin oxumağa. O vaxt mənim yadımdadır ki, Əliağa Ağayev, Fazil Salayev sənətə gələndə aktyor kimi peşəkar idilər. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alanlar var ki, hamısı aktyor olmayacaq. Universiteti bitirib alverə, satışa gedirlər. Bu sənət də heyif olur. Mən gözləmirdim ki, oğlum İbrahim gəlib peşəkar aktyor olacaq. Təbii ki, evin içində hər şeyi görüb-götürüb, sonra da universitetə daxil oldu. Maşallah bu gün reytinqdə mənimlə eyni balansdadır. Sənəti sevib gəlmək lazımdır”, – deyə aktyor bildirib.

Çingiz Əhmədov bildirib ki, hansısa sənətkardan öyrənmək olar, amma onu yamsılamaq yox.

“Mən 10 yaşımdan televiziyada böyümüşəm. Hamını görmüşəm. Hərəsindən nəsə götürmüşəm, amma özümü kiməsə bənzətməmişəm. Odur ki, Əliağa əmi (aktyor Əliağa Ağayev) həmişə mənə deyirdi ki, “sən özünü qoru, gələcəyin var”. Bu mənim qulağımda qalıb. Nəsibə Zeynalova, Eldəniz Zeynalov evimizin içi idi. Mən onları da yamsılamamışam. Aktrisa Ofeliya Məmmədzadənin ruhu qarşısında baş əyirəm ki, o 1984-cü ildə məni teatra apardı. Nəhənglərlə çalışıb onlardan çox şey öyrənmişəm, amma öz yolumu getmişəm. Heç kəsi də təbliğ, təkrar etməyi sevməmişəm. Allah Hacıbaba Bağırova rəhmət etsin, sağlığında öz rollarını mənə verib, kənara çəkildi. 40 il olacaq ki, teatrda çalışıram. Hacıbaba Bağırov deyirdi ki, sevinirəm ki, teatrda davamçım var, təlxək yox, o da Çingiz Əhmədovdur”, – deyə aktyor bildirib.

DİGƏR XƏBƏRLƏR

Saatlı əməkhaqqı ilə bağlı XƏBƏR – Oktyabrın 1-dək…

Saatlı əməkhaqqı ilə bağlı XƏBƏR – Oktyabrın 1-dək…

Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqadər müzakirələr getməkdədir.…
Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR… – DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR… – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Seyidov Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilib. Fərid Seyidov…
Xamenei və Paşinyanın görüşündə bu detal diqqət çəkdi – VİDEO

Xamenei və Paşinyanın görüşündə bu detal diqqət çəkdi –…

İbrahim Rəisinin vida mərasimində iştirak üçün İrana gedən Ermənistan Baş naziri Nikol Paşinyanın İranın Ali Dini rəhbəri Əli Xamenei ilə…
Prezident Administrasiyasında yeni təyinat

Prezident Administrasiyasında yeni təyinat

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni təyinat olub. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Mirmufid oğlu Seyidov Azərbaycan…
DİQQƏT! – Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sabah saat 00:00-dan…

DİQQƏT! – Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sabah saat…

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 00:00-dan 07:00-a…
Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

Bakı Apellyasiya Məhkəməsi Nərgiz Absalamova barəsində qərar verib. Proses.az report-a istinadən xəbər verir ki, onun ev dustaqlığına buraxılması ilə bağlı…
“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

“Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir”. Proses.az…
“Şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq” – VİDEO

“Şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq” – VİDEO

Xalq artisti Şeyx Əbdül Mahmudov açıqlaması ilə müzakirələrə səbəb olub.  Proses.az axşam.az-a istinadən xəbər verir ki, rejissor “Gəl, danış” proqramında…
Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: “Qadın bir iş görəndə…” – FOTO

Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: “Qadın bir iş…

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun “qadınlar hər sahədə kişilərdən geridədir” fikrinə…
FTB ilə bağlı QALMAQALLI iddia: “Trampı öldürmək üçün “yaşıl işıq” verilib” – FOTO

FTB ilə bağlı QALMAQALLI iddia: “Trampı öldürmək üçün “yaşıl…

“Federal Təhqiqatlar Bürosu (FTB) Trampı Floridadakı evində öldürməyi planlaşdırırdı”. Proses.az oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ Konqresinin…
Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə görüntüləndi -VİDEO

Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi…

Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədovanın Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Sergey Kapkovla münasibətdə olduğu iddia edilib. Proses.az axşam.az-a istinadən xəbər…
Bayraktaroğlu Mirzəyevlə “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi”ndə – FOTO

Bayraktaroğlu Mirzəyevlə “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi”ndə – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Türk Kara Kuvvetleri Komandanı, Ordu generalı Selçuk Bayraktaroğlu, zərbaycan Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı,…
İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi – VİDEO

İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi –…

Ermənistan parlamentinin iclasında sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyası ilə bağlı qarşıdurma baş verib. Proses.az Publika.az-a istinadla xəbər verir ki, “Ermənistan” fraksiyasından olan…
TƏCİLİ! Polisdən Xankəndidə ƏMƏLİYYAT – silahlı şəxs SAXLANILDI

TƏCİLİ! Polisdən Xankəndidə ƏMƏLİYYAT – silahlı şəxs SAXLANILDI

Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndidə  Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat…
Hərbçilərin pensiyası ilə bağlı dəyişiklik

Hərbçilərin pensiyası ilə bağlı dəyişiklik

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq. Proses.az unikal-a istinadən xəbər verir ki,…