• 14.04.2024 15:51

“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi nəvəsindən danışdı

“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi nəvəsindən danışdı

Şair Cığatel İsaqızı “Həftənin qonağı” verilişinin qonağı olub.

Şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:

“Cığatel (red. – şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimiz əladır, bizi apar balıq tutmağa. Süleyman heç getmək istəmirdi. Anası yolladı. Hardan biləydi, deyib bacısı tək qalmasın. Mən də dedim ki, get, niyə getmək istəmirsən? Çünki getmək deyəndə hamıdan qabaq hoppanardı. Söylədi ki, ay nənə, mən həmişə getmək istəyirəm, nəsə bu dəfə istəmir ürəyim. Gəlinə də dedim ki, dəymə, istəmir. Handan-hana dedi ki, yaxşı, gedirəm. Gecə gediblər, orada qalıblar, bir az balıq tutublar. Onlar səhəri gün axşam gəlməli idilər. Süleyman deyib ki, durun gedək. Atası cavab verib ki, bu qədər yol gəlmişik, günorta da tutaq, axşam gedərik. Söyləyib ki, yox, gedək, istəmirəm. Yolda təkərləri partlayıb. Çəkib yolun kənarına, qıraqlara da işarələr qoyub. Boltlardan biri açılıb, o biri yox. Özü də qolu qüvvətli oğlandır. Necə burubsa da, açar qırılıb əlində. Yolda gözləyirmiş ki, sürücülərdən açar alsın. Qız deyib ki, yatıram, maşının içində imiş. Süleyman düşüb gəlib atasının yanına. Oğlum ona əsəbiləşib ki, get bacının yanına. Cavab verib ki, demirsən kişiyəm, mən də sənin yanında durub kömək edəcəyəm. Ondan sonra maşının biri gəlib sürüb aparıb bunları. Qız da maşının içində qalıb. Cığatelin özünü də balaca bir yerdən çıxarıblar. Oğlum orada deyib ki, qızım maşının içindədir. Oğlum özü də orada ölüb-dirilib. O dünyada atası da gəlib qarşısına”.

C.İsaqızı vurğulayıb ki, oğlu Ayaz övladının öldüyünü xəstəxanda bilib:

“Süleymandan həmişə qorxurdum, qeyr-adi uşaq idi. Neçə fəlakətdən çıxmışdı. Bir dəfə qolu parçalanmışdı, bir dəfə qızılca çıxartmışdı. O dünya ilə danışırdı. Deyirdi, mən də babam kimi yatağa düşəcəyəm. Balaca uşaq idi, deyirdi ki, deyəsən axır günlərimdir. Bunları danışanda 5 yaşı var idi. 10 yaşına az qalmışdı ki, bu hadisə baş verdi.

Hadisədən sonra heç oğluma yaxın getmirdim, Süleyman axtarırdım. Deyirdilər oğlunun vəziyyəti yaxşı deyil. Hansı ana olsa, oğlunun yanına qaçar. Mən getmədim, dedim, mənə Süleymanı verin. Bilmirdim hələ ki, belə olub. Bacımın oğlu gəlib məni silkələdi ki, Süleyman reanimasiyadadır, sən demə bilirmişlər, oğlunun isə vəziyyəti yaxşı deyil, gəl, bir Ayaza bax. Çox çətin dərdir, Allah heç kimə göstərməsin.

Ölüm var ölüm kimi, ölüm var zülm kim. Bəlkə də biz yaşamazdıq, nə gəlinim, nə də mən. Bizi ayaqda tutan Ayazın ağır vəziyyətdə olmağı idi. Nəvəmi yola salandan sonra qaçdıq xəstəxanaya. Dedilər qan itirir, vəziyyəti pisdir. Biz hələ o şokdan ayılmamışıq. Mənim göz yaşım, ruhum donub, nə şeir yaza bilirəm, nə ağlaya bilirəm.

Oğlum xəstəxanadan yarımçıq çıxdı. O da orada eşitmişdi. Elə biliblər ki, narkozdan ayılmayıb, deyiblər Ayazın oğlu ölüb. Həkimə sual verib ki, əməliyyat olsam, nə qədər müddətə qalxaram? Həkim də cavab verib ki, mil qoyacağıq, ayağa qalxacaqsan. O da deyib ki, əməliyyat etsinlər, sabah gəlsin evə dəfndə iştirak etsin. Ayılanda gec olub. Bacım oğlundan soruşub Süleyman haradadır? O da deyib ki, reanimasiyadadır. Deyib ki, demirəm hardadır, mənim balamı harada dəfn etdilər? 1 ay yatmalı idi, amma bir neçə gündən sonra çıxıb gəldi”.

Qeyd edək ki, sözügedən hadisə ötən il Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən – Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb./axar.az

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…