- 20.04.2024 20:55
“Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək”
“Rusiya sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Rusiya sərhədçiləri müəyyən vəziyyətlə əlaqədar orada idi, lakin indi vəziyyət xeyli dəyişib və bu, bütün istiqamətlərdə öz təsirini göstərməlidir:
“Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər”, – Paşinyan bildirib.