• 21.04.2024 17:47

Xalq artisti: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm”

Xalq artisti: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm”

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O “Züleyxa”, “Təhminə”, “Kleopatra”, “Şölə” və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır.

İllərdir, efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar əlamətdar günündə Moderator.az-a açıqlama verib.

“Hər il ilk təbriki əzizlərimdən, doğmalarımdan, ürəklərində hər zaman olduğum insanlardan alıram. Özü də gecə saat birə bir dəqiqə işləmiş. Ailə üzvlərimin ünvanıma söylədiyi xoş sözlər məni fərəhləndirir. Dostlarım, hətta mənim gənclik illərimdən rəfiqəlik etdiyim şəxslər, xarici ölkədə yaşayan tanışlarım bu gün mənə zəng edib. Müharibədən və pandemiyadan sonra doğum günlərimi elə də təntənəli qeyd etmirəm. Bir o qədər də həvəsli deyiləm. Bu gün mən Allahlayam. Bu günü özümə həsr edirəm”, – deyə sənətkar bildirib.

Xalq artisti filmlərdə çəkilməməyinin səbəblərindən də danışıb.

“Əgər mən unudulmuramsa demək ki, həyatda nəyəsə nail olmuşam. Heç vaxt özümü sənətdə sevməmişəm, sənətimi özümdə sevmişəm. Hətta tələbələrimə də bunu deyirdim ki, sənəti sevin. Sənəti sevsəniz onun bəhrəsini görəcəksiniz. Ümumiyyətlə həyatda nə edirsənsə sevə-sevə etməlisən. Allaha qurban olum. İndiyə kimi tanınıram. Hara gedirəmsə tanıyırlar, sevdiklərini söyləyirlər, şəkil çəkdirirlər. Əvvəl avtoqraf yazırdın, idni artıq telefonlar var. Şəkil çəkdirirlər. Hardasa yaxşı çıxırsan, hardasa pis (gülür).

Artıq gənclik illəri deyil. Yenə də təkrar edirəm ki, işimi sevirəm. Amma əfsuslar olsun ki, maraqlı ssenari yoxdur. Məni maraqlandıran nəsə olsa böyük məmnuniyyətlə çəkilərəm də, efirlərə də çıxaram. Yetər ki, mənə maraqlı olsun. O material məni inandırsın, özünə cəlb etsin. Əgər belə olsa mən də sevə-sevə bu işi görərəm. Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm. İndiyə qədər oynadığım obrazlarımın hamısı yadda qalıb. Hətta bəzən bu gün mənə görüntülər yollayırlar. Düşünürəm ki, bu obrazın adı nə idi? Yadımdan çıxıb. Maşallah olsun, o qədər çox rollar oynamışam ki, məni sevənlərin yaddaşında qalıb, amma mən unutmuşam. Bütün rollarım mənim üçün əziz olub, doğma olub”, – deyə aktrisa qeyd edib.
Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Hökümə Qurbanovadan sonra “Kleopatra” obrazını məhz özü oynayıb.

“Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya görə məni bir az qısqanırdı. “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb demişdi ki, “səhnəni sənə tapşıra bilərəm”. Mən onun böyüklüyünü bu zaman anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi”, – deyə Xalq artisti bildirib.

Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

IX “Muğam” Televiziya Müsabiqəsinə bir sıra blogerlərin getməsi müzakirə yaradıb. Layihənin münsifləri, Xalq artistləri Mənsum İbrahimov və Mələkxanım Eyubova bu…
Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Əgər İsrail İrana hücumlarını davam etdirərsə, Tehran daha dağıdıcı zərbələrlə cavab verəcək. Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.…
Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

“Əgər İran Birləşmiş Ştatlara hücum edərsə, Amerikanın silahlı qüvvələrinin bütün gücü onun üzərinə çökəcək”. “Ölkə.az” xəbər verir ki, bunu ABŞ…
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs…
“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma prosesinin uzanmasından şikayətlənib. Aktrisa bu haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib…
Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün nə tapdılar

Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün…

Türkiyənin Eskişehir şəhərində bayram tətilində kəndə istirahətə gedən qadının başına gözlənilməz bir hadisə gəlib. Kənd ərazisinə gedən qadının belinə gənə…
“Döymələrim görünməyən yerlərdədir”

“Döymələrim görünməyən yerlərdədir”

Dilarə Kazımova maraqlı açıqlamlar verib. Döymələrindən danışan Avroviziya təmsilçimiz onların özü üçün mənalarını sadalayıb. “13 döyməm var. Hələ ikisi də…
Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin “gizli zonası”nın harada yerləşdiyini açıqlayıb. Jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün…
Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

“Glory” gecəsində Bəhram Rəcəbzadə 3-cü qrupda döyüşüb. “Qızıl Qurd” Asdren Qaşini 1-ci raundda nokaut edərək, yerə sərib. Mari Kromah –…
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Onun ölüm səbəbi isə açıqlanmayıb.…
İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ardından Hürmüz boğazını gəmi hərəkətinə bağladığını elan edib. Milli.Az xəvər verir ki, bu…
Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də…
İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan olunan hədəf deyil”

İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan…

ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri İsrailin İranla bağlı planları barədə sensasion məlumat yayıb. Musavat.com xəbər verir ki, Jurnalda dərc edilən xəbərə…
Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25 saatlıq sutka şəraitində yaşaya bilər. 24 saatlıq gün haqqında həqiqət Əslində…
Tiktoker “Əfi” həbs olundu

Tiktoker “Əfi” həbs olundu

Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki,…