• 21.04.2024 17:47

700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib…

700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib…

Ukrayna İkinci dünya müharibəsində ən çox dağıntılara məruz qalan və canlı itki verən ərazilərdən biri olub. Çerniqov vilayətində isə faşistlər əhaliyə qarşı daha amansız rəftar ediblər. 1941-ci ilin sentyabr ayından 1943-cü ilin sentyabr ayına qədər alman və macar qoşunlarının işğalı altında qalan vilayətdə faşist qoşunları 103 min 600 nəfər dinc əhalini və 25 minə yaxın hərbi əsiri vəhşicəsinə qətlə yetiriblər. Şəhər, qəsəbə və kəndlər qarət edilib. Nisbətən cavan olan şəxslər qul kimi işlədilmək üçün Almaniyaya göndərilib.

Bu amansız qətliamla bağlı müharibədən sonra, 1947-ci ilin 17-25 noyabr tarixlərində Çerniqovda məhkəmə prosesi keçirilib. Məhkəmənin müttəhimlər kürsüsündə 13 nəfər yüksək rütbəli macar hərbçisi və 3 nəfər yüksək vəzifəli alman zabiti əyləşib. Məhkəmə prosesində ittiham olunanların cinayət əməlləri tam sübuta yetirilib. Proses zamanı o da aydın olub ki, bu şəxslər təkcə Ukrayna ərazisində deyil, həmçinin Belarusiya və Rusiya ərazilərində də bir çox hərbi cinayətlərə başçılıq ediblər.

Álgya-Pap_Zoltán.jpg (34 KB)

Müttəhimlər kürsüsündə əyləşən əsas simalardan biri Macarıstan generalı Zoltan Pap prosesdəki ifadələri ilə özünü müdafiə etməyə çalışmayıb, “biz Hitlerin başkəsən dəstəsi idik” deyə törətdiyi cinayətləri bütün təfərrüatları ilə danışıb:

“Əvvəlcə onu qeyd etmək istəyirəm ki, mən müharibə zamanı öz vəzifəmi yerinə yetirmişəm. Bununla bağlı mənə rəsmi sənəd də təqdim olunmuşdu. Macarıstan silahlı qüvvələrinin baş qərargahı tərəfindən mənə, 105-ci diviziyanın komandiri kimi 10 saylı direktiv göndərilmişdi. Həmin direktivdə alman və macar qoşunlarının ərazidə maneəsiz və rahat dislokasiya olunması üçün istənilən yolla, istənilən vasitə ilə yerli əhalinin, o cümlədən partizan dəstələrinin, girov və əsirlərin məhv edilməsi tapşırığı verilmişdi. Mən bir general kimi əmri müzakirəsiz yerinə yetirməli idim. Vaxta və silah sursata qənaət etmək üçün  mən ən optimal variantı seçdim. Yerli sakinləri, əsirləri, girovları taxta evlərə doldurub yandırdım, xəndəklər qazdırıb onları diri-diri basdırdım…”

Məhkəmədə sübuta yetirilib ki,  təkcə  1943-cü il 1-2 mart tarixlərində, iki gün ərzində Çerniqov vilayətinin Kryukov qəsəbəsində və ona bitişik olan kəndlərdə 6700 nəfər dinc əhali, o cümlədən uşaq, qadın, qoca və 1290 fərdi ev yandırılıb. Bu faktı prosesdə iştirak edən şahidlər də təsdiq ediblər.

scale_1200 (2).jpeg (74 KB)

Daha bir qəsəbədə, Alekseyevkada 24 fevral 1943-cü ildə 700-dən artıq məktəb yaşlı uşaqlar və 200-dən artıq yaşlı qadınlar köhnə məktəb binasına doldurularaq yandırılıb, vəhşicəsinə qətlə yetiriliblər. Qəsəbədə yaşayanların mal-qarası, ərzaq ehtiyatları, geyimləri, ev əşyaları əllərindən alınaraq alman və macar qoşunlarının istifadəsinə verilib.

Məhkəmə 25 noyabr 1947-ci ildə müttəhimlər kürsüsündə əyləşən 16 nəfər macar və alman cəlladlarına hökm oxuyub. Onların hamısı ən ağır cəzaya, 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin dövrdə ölüm hökmü ləğv olunduğundan bu cəza ən ağır cəza sayılıb.

Son söz demək hüququndan istifadə edən Zoltan Pap məhkəməni “mərhəmətli” olmaqda ittiham edib:

“Məhkəmənin mənə qarşı qaldırdığı bütün ittihamları, çoxsaylı şahidlərin ifadələrindəki haqqımda səslənən fikirləri qəbul edirəm. Ancaq söylədiklərinizdə kiçik bir düzəlişə ehtiyac var. Məhv etdiyim dinc əhalinin və sovet hərbçilərinin sayını az göstərmisiniz. Bu rəqəm daha böyükdür. Yəqin ki, rəqəmləri azaltmağınız mərhəmətinizdən irəli gəlir ki, mənim cinayət əməlimi bir az yumşaldasınız. Buna ehtiyac duymuram. Ümumiyyətlə mən kommunistlərdən nəyi isə xahiş etməyi bir general kimi özümə şərəfsizlik sayıram. Buna görə də sizdən əfv xahiş etməyəcəyəm, apelyasiya şikayəti də verməyəcəm. Hansı cəzaya layiqəmsə, artıqlaması ilə qəbul edirəm, hökmümü verin…”

zoltan-algya-pap-hungarian-general-pictured-as-colonel-ec0825-640.jpg (41 KB)

Cəllad faşistlər cəzalarını Vorkuta düşərgəsində çəkiblər. 1955-ci ildə Almaniya və SSRİ arasında qarşılıqlı razılaşma əldə olunduqdan sonra onlar azadlığa buraxılıb.

General-leytenant Zoltan Pap cəzadan azad olunduqdan sonra Macarıstana qayıtmayıb. O, Hindistana mühacirət edib, keşiş kimi fəaliyyət göstərib, xeyriyyəçiliklə məşğul olub. Amma bu geçikmiş xeyriyyəçiliklə Zoltan Pap öz günahlarını yuya bilməyib. Ömrünün son illərində onun gözləri tutulub. Dünya işığına həsrət qalan faşist generalın ömrünün sonu böyük əzablar içində keçib və o, 1987-ci ildə ölüb.

İlham Cəmiloğlu, Musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…