• 23.04.2024 12:43

“Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?”

“Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?”

Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilərin əksəriyyəti onu qınayıb, bir çoxu isə “xanım müğənnilərin toya çılpaq geyinməsini alqışlayan kütlə, xanəndənin geyiminə niyə mız qoyur ki?” kimi ifadələr yazıblar.

Proses.az bildirir ki, moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar səhnə və toy geyimində tamaşaçı qarşısına çıxmalıdır.

“Xanəndənin toya idman geyimində gəlməsi əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hərhalda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam ifaçılarının da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib”, – deyə xanəndə bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:

“İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki. Sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır. Bunlar olmasa bu ölkə batar. Bunlarsız həyat davam etməz. Bu ölkənin böyük zəfəri, siyasəti, qeyrətli oğulları var. Bir dəfə də onları müzakirə etsinlər də. Vallah mən xəcalət çəkirəm. Bəzən özümə deyirəm ki, ya rəbbim, mən hansı ortamda yaşayıram? Belə həyat olar? Yəqin mən çox irəli getmişəm. Bu günki ortamla heç nəyim uyğun gəlmir. Bəzən darıxıram, sıxılıram. Bu günki gündəmin sonu yoxdur. Bu cür yüngül, bəsit, bayağı şeylərlə biz həyatımızı yürüdüb, vaxtımızı bunlara həsr ediriksə demək ki, doğurdan qiyamətin ucu görünür. O vaxtın adamları həmişə düz deyiblər. Qiyamət elə budur”.

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…