• 29.04.2024 17:43

“Elə yaşlı insanlar var ki, gənclər düz edib onlara yer vermir”

“Elə yaşlı insanlar var ki, gənclər düz edib onlara yer vermir”

“Nəsillər arasında anlaşılmazlıq həmişə olub. Məsələn, atalarımız bizi bəyənmirdi. Biz də bugün övladlarımızı bəyənmirik. Hesab edirik ki, biz onlar yaşda olanda dağı dağ üstə qoyurduq, amma övladlarımız bizdən fərasətsizdirlər”.

Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Şübhəsiz ki, gələcəkdə övladlarımız da öz övladlarını bəyənməyəcəklər. Yəni bu yüz illərdir belə davam edir, yəqin ki min il də bundan sonra belə olacaq. Ədəbiyyatda bunun ən gözəl nümunəsini Turgenev özünün məşhur “Atalar və oğullar” romanında yaradıb. Azərbaycan ədəbiyyatında da bu cür nümunələr çoxdur.

İctimai nəqliyyatda nəsillər arasında anlaşılmazlığa gəlincə, hesab edirəm ki, bu məsələdə daha həssas və tolerant davranmaq lazımdır. Bizdə yaşlı insanlar hesab edirlər ki, gənclər mütləq onlara yer verməlidir. Halbuki gəncin belə bir öhdəliyi yoxdur. Bu mənəvi və ailədən gələn tərbiyə ilə bağlı olan məsələdir. Şəxsən mən heç kimi məcbur edə bilmərəm ki, avtobus yaxud metroda mənə yer versin. Mən özüm yaşca məndən böyük olan insanlara, xüsusilə xanımlara yer təklif edirəm. Amma övladım yaşda olan gənclərdən bunu tələb etmirəm. Kimsə mənə bu cür jest edirsə, sağ olsun. Yer vermədiyinə görə kimisə qınamaq doğru deyil.

Məncə, Azərbaycan cəmiyyəti gəncləri çox qınayır. Bizim gənclərdən gözləntilərimiz bəzən onların daşıya biləcəyi yükdən ağır olur. Gənclərdən yüksək mədəniyyət, etika, jest gözləyən yaşlılar da özlərini yaşlarına və başlarına uyğun aparmağı bacarmalıdırlar. Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin. Bəzən elə yaşlı insanlarla qarşılaşırıq ki, hansısa gənc onlara yer verməməkdə düz edir. Rəhməti də, lənəti də insan bu dünyada öz əməlləri ilə qazanır. Gənclərin, cəmiyyətin başqalarına münasibəti onların davranışlarına adekvat olur. Yaxşı davransaq, özümüzü yaxşı aparsaq yaxşı münasibət görəcəyik. İnsanlara üstdən aşağı baxsaq, hamını bizim dədəmizə borclu kimi görsək bu zaman ögey və laqeyd münasibətlə qarşılaşacağıq”.

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…