• 30.04.2024 14:17

Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək

Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi – 53 279, qeyri-yaşayış binası – 744, qeyri-yaşayış sahəsi – 1 814, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb. Bəs görəsən ilin növbəti dövrlərində də evlərin sənədləşdirilməsi prosesi davam edəcəkmi?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, evlərin sənədləşdirilməsi vergi və sığorta baxımından, dövlət üçün də olduqca maraqlıdır:

“Misal üçün, hər hansı bir böyük yaşayış kompleksi və ya yeni salınmış ərazidə kütləvi müraciət zamanı çıxarışların verilməsi baş tutur. Bu məsələdə hansısa konkret səbəb olmur. Dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər aparılır. Hökumət evlərin və mənzillərin çıxarışla təmin olunmasında maraqlıdır. Çünki belə olan təqdirdə həm vətəndaşların mülkiyyəti tanınacaq, həm də mülkiyyət vergiyə və sığortaya cəlb olunacaq. Təbii ki, bu istiqamətdə çıxarışların verilməsində artımın olması yaxşı bir göstəricidir. Yəqin ki, bu proses il ərzində də davam edəcək. İlbəil həm əhali artır, həm də yeni yaşayış kompleksləri istifadəyə verilir”.

Ekspert hazırda həyət evləri ilə bağlı amnisitiya işlərinin aparıldığını qeyd edib:

“Həyət evləri ilə bağlı hələki yalnız amnistiyalarla bağlı işlər aparılır. Bunun üçün də vahid portal yaradılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Ədliyyə Nazirliyi tərəfindən yaradılmış bu portal vasitəsi ilə bütün daşınmaz əmlak əməliyyatları həyata keçiriləcək. Eyni zamanda qanunsuz tikililərin qeydiyyat prosesi də vahid portalda baş tutacaq. Bu proses keçən ilin yanvarından başlayıb, lakin hələ də bitməyib. İlkin sənədləri olan hər hansısa tikilini orada qeydiyyatdan keçirmək olur, amma heç bir sənədi olmayan əmlakın qeydiyyatı xeyli vaxt aparır. Qanunda bununla bağlı paralel dəyişiklər də həyata keçirilir. Qadağan olunmuş ərazilərdə, o cümlədən, neft, kommunal xəttlərin keçdiyi ərazilər və xüsusi təyinatlı nəzərdə tutulmuş yerlərdə tikilən evlərin sənədləşdirilməsi isə nəzərdə tutulmur. Bu tip evlərin amnistiyaya salınması və sənədləşdirilməsi ilə bağlı qanunda heç nə yoxdur. Yalnız zamanla müəyyən sənədləri qaydasında olan əmlakların qeydiyyat prosesi bitdikdən sonra bu baş tuta bilər”. /yenisabah.az

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…