• 04.05.2024 11:17

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı xəbərlər son günlər intensiv xarakter alıb. Azərbaycanın yeni idarəetmə modelinə keçəcəyini iddia edən adamlar konkret tarix göstərməkdən çəkinmirlər. Onların qənaətinə görə, bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra ölkədə ciddi dəyişikliklərə start veriləcək. Bu proses icra hakimiyyətlərinin ləğvi ilə başlayacaq.

İcra hakimiyyətləri ləğv olunandan sonra, yeni idarəetmə modeli – xüsusi nümayəndəliklər fəaliyyətə başlayacaq. Bu model artıq işğaldan azad edilmiş rayonlarda tətbiq olunur. Qarabağda xüsusi nümayəndəlik institutunun faəliyyətə başlaması yerli icra hakimiyyəti orqanlarının kölgədə qalmasına səbəb olub. Bunun müvəqqəti hal olduğu artıq hər kəsə məlumdur. Xüsusi nümayəndəlik institutu ölkə ərazisində tətbiq ediləndən sonra, hazırda işğaldan azad edilmiş rayonlar üçün xarakterik olan ikitirəliyə son veriləcək.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, icra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi icra başçıları arasında rəqabəti gücləndirib. Yeni idarəetmə modelində təmsil olunmağı arzulayın indiki icra başçıları ciddi-cəhdlə özlərinin “xalqın qeydinə qalan təəssübkeş məmur” obrazını yaratmağa çalışırlar. Onlar son günlər vətəndaşlarla daha çox təmas qurur, bələdiyyələrin səlahiyyətinə aid olan problemləri həll etməklə ictimai diqqəti öz üzərlərinə çəkməyə çalışırlar.

Hakimiyyətin yuxarı eşelonunda təmsil olunan məmurlardan biri saytımıza icra başçıları arasında gedən gizli rəqabətin son günlər daha kəskin xarakter aldığını bildirib. Qeyd edib ki, “kiçik padşahlar” daha böyük posta iddialı olduqları üçün özlərini oda-közə vurur, hakimiyyətin ən yuxarı eşalonunun maraq dairəsinə düşməyə çalışırlar.

Məlumatlı şəxs, son günlər şəhid ailələri və qazilərə münasibətdə diqqətin artmasını da bu kontekstdən izah edib. Onun sözlərinə görə, yeni idarəetmə modelində təmsil olunmaq istəyən, yəni prezidentin xüsusi nümayəndəsi kimi ən azı 3-4 rayona rəhbərlik etmək iddiasında olan icra başçıları əhalinin aztəminatlı təbəqəsi ilə təmasları artırmağı son günlər özlərinin prioritet vəzifəsi elan ediblər.

Sonda mənbə bu cəhdlərin səmərə verməyəcəyini bildirib. Onun sözlərinə görə, mövcud icra başçılarının fəaliyyətindəki nöqsanlar üzündən Azərbaycan bu idarəetmə modelindən imtina edib. Buna görə də, həmin şəxslərə yenidən etimad göstərilməsi inandırıcı deyil.

DİGƏR XƏBƏRLƏR

“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” – Həmkarını biabır etdi

“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!”…

Efirdə davalar və qalmaqallar daim olur. Elə bir neçə gün bundan əvvəl tanınmış müğənni Əli Mirəliyev və Elşad Qarayev arasında…
Ölkəmizi Misirdə o təmsil edəcək – Video

Ölkəmizi Misirdə o təmsil edəcək – Video

Əməkdar artist Naina İbrahimova Misirdə keçiriləcək “Beauty queen of the universe” beynəlxalq gözəllik yarışında Azərbaycanı təmsil edəcək. “Qafqazinfo” xəbər verir ki,…
Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)

Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)

Azərbaycanın görkəmli xanəndəsi Xan Şuşinskinin ailəsində xoş gün olub. OLAY-ın əldə etdiyi məlumata görə, mərhum Xalq artistinin nəvəsi ailə qurub.…
Razi ərindən boşanır – “Çoxu deyir ki, uşağın atası kimdir?”

Razi ərindən boşanır – “Çoxu deyir ki, uşağın atası…

Model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevlə boşanma ərəfəsindədir. Musavat.com olay-a istinadla yazır ki, bu barədə Nicat Nail Naiboğlunun “Qırmızı” layihəsində…
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakıda 57 sayda marşrutun xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır. Proses.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat…
Prezidentin köməkçisi AÇIQLADI: COP29 gec bitə bilər

Prezidentin köməkçisi AÇIQLADI: COP29 gec bitə bilər

COP29-la bağlı hazırlıq işləri 100 faiz tamamlanıb. Bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib. Onun…
Məşhur aktrisa BOŞANIR: “Xoşbəxt deyiləm, hər şey pul imiş…” -FOTO

Məşhur aktrisa BOŞANIR: “Xoşbəxt deyiləm, hər şey pul imiş…”…

Türkiyəli model və aktrisa Ebru Şallı boşanır. Proses.az Sfera.az-a istinadən bildirir ki, bununla bağlı onun həyat yoldaşı Uğur Akkuş paylaşım…
Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil “SƏSİ BATDI” – Anbaan VİDEO

Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil “SƏSİ BATDI” –…

Aktrisa Sonaxanım Əliyeva da müğənniliyə başlayıb. Proses.az titul.az-a istinadən xəbər verir ki, məşhur aktrisa ifaçı kimi ilk təcrübələrindən birini keçdiyi…
Yol polisindən sürücülərə MÜRACİƏT: “Bu şəxslər sükan arxasında əyləşməsin!”

Yol polisindən sürücülərə MÜRACİƏT: “Bu şəxslər sükan arxasında əyləşməsin!”

“Hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur. Bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir…
Nostradamus 2024-cü il sonu üçün GÖRÜN nələr vəd edib…

Nostradamus 2024-cü il sonu üçün GÖRÜN nələr vəd edib…

Nostradamusun 2024-cü il üçün proqnozları, onun 1555-ci ildə yazdığı məşhur “Les Prophéties” (Peyğəmbərliklər) kitabında tapılan şeirlərə əsaslanır. Musavat.com xəbər verir…
Tramp robot itə vəzifə verdi – VİDEO

Tramp robot itə vəzifə verdi – VİDEO

Robot it ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahı ətrafında patrul xidmətinə başlayıb. Proses.az oxu.az-a istinadən xəbər…
“Özümü belə dəfn edib yaşamağı bacaran adamam” – FOTO

“Özümü belə dəfn edib yaşamağı bacaran adamam” – FOTO

“Anam həmişə deyirdi ki, həyatda başınıza nə gəlirsə, gəlsin dik durun. İt -qurd var, ay bala. O it-qurd kimdirsə (çox…
“O, anadangəlmə bombardirdir, Ronaldo kimi…”

“O, anadangəlmə bombardirdir, Ronaldo kimi…”

Venesuela Prezidenti Nikolas Maduro Kazanda keçirilən BRİCS sammiti ilə bağlı təəssüratını bölüşüb. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Rusiya…
Xamenei Pezeşkiana bunu qadağan etdi – Təcili

Xamenei Pezeşkiana bunu qadağan etdi – Təcili

Əvvəllər İran hökuməti ABŞ rejimi ilə danışıqlar aparmaq niyyətində idi, indi isə Tramp administrasiyası ilə heç vaxt danışıqlar olmayacaq. Ona…
2025-ci ildə sağollaşacağımız avtomobil markaları – SİYAHI

2025-ci ildə sağollaşacağımız avtomobil markaları – SİYAHI

2025-ci ildə bəzi məşhur avtomobil markalarının seriyalı istehsalının dayandırılacağı proqnoz edilir. Proses.az Axar.az-a istinadən xəbər verir ki, istehsalı dayandırılacaq modelllər…