• 08.05.2024 09:47

DİQQƏT! Qəbulda bu qrupda keçid balı artacaq – səbəb AÇIQLANDI

DİQQƏT! Qəbulda bu qrupda keçid balı artacaq – səbəb AÇIQLANDI

V ixtisas qrupu və 11 illik bazadan keçid ballarında kifayət qədər artım olacaq, çünki…

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat artıq başa çatıb. Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 29 164 nəfər bu qrup üzrə müraciət edib. II ixtisas qrupu üzrə 23 101 nəfər, III qrup üzrə 24 438 nəfər, IV qrup üzrə isə 5 794 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin böyük hissəsini – 74 297 nəfərini Azərbaycan bölməsi, 8 200 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir. 

Məlumdur ki, bu il 11-ci sinif buraxılış imtahanlarında yüksək nəticələr əldə olundu. Rekord sayda abituriyent maksimum – 300 bal toplayıb. Ekspertlər rəqabətin yüksək olacağını bildirir. Maraqlıdır ki, builki imtahan əvvəlki illərdən nə ilə fərqlənəcək? Nəticələr və keçid balları ilə bağlı gözləntilər nələrdir?

Rizvan Fikrətoğlu: İşğaldan azad edilmiş ərazilərdə təhsil  infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülür – Şəki Media  Agentliyi

Rizvan Fikrətoğlu

Təhsil eksperti Rizvan Fikrətoğlu Modern.az-a deyib ki, təkcə 11-ci siniflər üzrə cari ilin məzunlarından 53 nəfər maksimum 300 balı toplaya bilib.  “Hələ əvvəlki illərin məzunlarının buraxılış imtahanının nəticələri açıqlanmayıb. Bu, Azərbaycanın təhsil tarixində ilkdir. Əvvəlki illərlə müqayisədə bu il sualların asan olması doğru faktdır. Ümumilikdə, bu il nəticələr yüksəkdir. Buna səbəb cari ilin abituriyentlərinin daha çox hazırlığı olduğunu da göstərmək olar. Başqa bir səbəb isə sualların daha dəqiq, konkret, kurikulum metoduna uyğun tərtibidir. Nəticələrin keçən illə müqayisədə yaxşı olması, sözsüz ki, ümumi nəticələrə təsirsiz ötüşməyəcək. Xüsusən də 5-ci qrup və 11 illik bazadan kolleclərə qəbulda balların artmasını müşahidə edəcəyik. Biz balların yüksək olmasını İT, hüquq, müəllimlik, tibb yönümlü ixtisaslarda daha çox müşahidə edəcəyik. Lakin yeni iki ali təhsil müəssisəsinin, eləcə də yeni kolleclərin fəaliyyətə başlaması, plan yerlərinin keçən illə müqayisədə artırılması fonunda müəyyən qədər stabilliyi qoruyacaq”.

Təhsil eksperti düşünür ki, blok imtahanında da keçən illə müqayisədə nəticələr daha yaxşı olacaq: “Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, nəticələrin yüksək olması “keçən il 300 bal toplayan şagirdlər olmayıb və əvvəlki illərdə niyə 300 bal toplayanlar 5 nəfəri belə keçməyib?” sualını yaradıb. Nəzərə alaq ki, müsabiqə şərti bərabər əsaslarla keçirilir, burada abituriyentin nəticələri önəmlidir. Fərz edək ki, məsələn, keçən il suallar çətin salınıb və nəticələr bu ilə nisbətən aşağı idi. İxtisas seçimi də o nəticələrə uyğun aparıldı və yerləşdirilmə o nəticələr əsasında həyata keçirildi. Bu il yüksəkdirsə, faktiki nəticələr əsasında müsabiqə keçiriləcək. Bunu nəzərə aldıqda, haqsızlıqdan söhbət gedə bilməz. Abituriyentləri ixtisas seçimi zamanı maksimum diqqətli olmağa çağırıram. Çünki bu il müsabiqə daha da məsuliyyətli olmağı, düzgün ixtisas seçimi aparmağı tələb edir”.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, ümumilikdə 200 bal nəticə göstərən abituriyentlərin sayı çoxluq təşkil edir. Bu isə müsabiqəyə öz təsirini göstərmiş olacaq: “Builki qəbul ilində iştirakçı sayı çoxluq təşkil edir. Dünən (6 may) elektron ərizə qəbulu yekunlaşdı. Oradakı statistikaya biz baxsaq, 85 mindən çox abituriyent elektron ərizə qəbulunda iştirak edib, ali təhsil müəssisələrinin birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupu üzrə, eləcə də beşinci ixtisas qrupu üzrə müsabiqədə 10 mindən yuxarı abituriyent iştirak edəcək. Ümumi abituriyentləri gözləyən mərhələ blok imtahanlarıdır. Mayın 26-sı II və III ixtisas qrupları üzrə, 2 iyul tarixində isə I və IV qrupları üçün blok imtahanın ilk cəhdi keçiriləcək. 9 iyunda isə III ixtisas qrupu üzrə alt qrup TC  seçənlərə coğrafiya, riyaziyyat və informatika seçənlər üçün isə informatikadan imtahan keçiriləcək. Həmin imtahanlarda da sualların qoyuluşu və digər mövzular abituriyentlər üçün buraxılış imtahanındakı qədər əlçatan olacaqsa, o zaman bu il də 700 bal toplayan abituriyentlərin sayı çox olacaq. O cümlədən ixtisaslar üzrə bu il formalaşacaq keçid ballarının da, xüsusilə prestijli ixtisaslarda artım görəcəyik”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 14 aprel tarixli qəbul imtahanlarının nəticələri barədə açıqlama verib. DİM-dən  bildirilib ki, 14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin bu həftə – mayın 10-dək elan olunması nəzərdə tutulur. Xatırladaq ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunmuş imtahanlarda 34 mindən çox şagird iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri üzə çıxdı – VİDEO

Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri üzə çıxdı –…

5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun yeni görüntüləri ortaya çıxıb. Proses.az news24.az-a istinadən bildirir ki, yayılan görüntülərdə Əhmədin…
Prezident İlham Əliyev Liderlər Sammitində çıxış edir – CANLI YAYIM

Prezident İlham Əliyev Liderlər Sammitində çıxış edir – CANLI…

Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir. Proses.az xəbər…
İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı – FOTOLAR

İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı – FOTOLAR

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir. Proses.az…
Eldar Əzizov açıqladı: Bu binalar söküləcək

Eldar Əzizov açıqladı: Bu binalar söküləcək

“Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi…
Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi deyil”

Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi…

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı heykəli sökülüb. Sözügedən heykəllə bağlı…
Araik 2,6 milyon manatı kimə verib? – “Azərbaycan Ordusu Füzulidə əməliyyat zamanı…”

Araik 2,6 milyon manatı kimə verib? – “Azərbaycan Ordusu…

Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın “pulqabısı” sayılan “Fleş” şirkətinin sahibi Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram (təxminən, 2,6…
Pensiyalar artırılacaq! – Nazir ŞAD XƏBƏRİ elan etdi

Pensiyalar artırılacaq! – Nazir ŞAD XƏBƏRİ elan etdi

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Proses.az xəbər…
“Nə olur olsun, burada ev almalıyam” – Abel Məhərrəmov

“Nə olur olsun, burada ev almalıyam” – Abel Məhərrəmov

BTV-nin “Həyatımda nələr oldu” verilişinin bu dəfəki qonağı Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov olub. Fatma Zahidqızının aparıcılığı,…
Dünya liderləri Bakıda sammitə toplaşırlar – CANLI YAYIM

Dünya liderləri Bakıda sammitə toplaşırlar – CANLI YAYIM

Dünya liderləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq İqlim Fəaliyyəti Sammitində iştirak…
Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.…
Leysan, QAR, dolu – Sabahla bağlı XƏBƏRDARLIQ

Leysan, QAR, dolu – Sabahla bağlı XƏBƏRDARLIQ

Abşeron yarımadasının bəzi yerlərində noyabrın 12-də gün ərzində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Milli Hidrometrologiya…
İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü

İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb. Proses.az xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini…
İlham Əliyev İraq prezidenti ilə görüşdü

İlham Əliyev İraq prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. Proses.az xəbər verir ki, bu barədə…
Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən qurtardınız…”

Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən…

Xalq artisti Flora Kərimova bu günlərdə saxta diplom və sertifikasiyalı həkimlər barəsində danışan Qənirə Ataşovaya dəstək olub. Musavat.com bildirir ki, Xalq…
Valeh Rəfiyev VƏFAT ETDİ – FOTO

Valeh Rəfiyev VƏFAT ETDİ – FOTO

1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.…