• 13.05.2024 14:52

“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı…”

“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı…”

“Özündə hiphop, drmnbass, rok-opera, Motsartı birləşdirən ciddi, qeyri adi, yaxşı bir mahnı düşün… Onu oxuyacaq qeyri adi insan tap, hansı ki, həm rep oxusun, həm də ən yüksək notlarda soprano göstərsin… Üzərinə gəl dəli, enişli, çıxışlı, sürüşməli, qaçmalı, hiperaktiv səhnə… Bütün bunları qeyri-binar (qeyri-müəyyən) cinsəllikdə, amma çox istedadlı sənətçiyə ver. Mahnı da, onun özünü tapmaq yolu haqqında olsun ki, bu da Avroviziyanın əsas izləyiciləri və yeniyetmələr üçün hər zaman aktualdır… Belə miks mütləq möhtəşəm nəticə verməli idi. Layiqli qələbə”. 

Proses.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif Avroviziya-2024 qalibi barədə danışarkən bildirib. O,bu qələbənin layiqli olduğunu qeyd edib:

“Avroviziya ildən ilə daha da azad, sərbəst, açıq-saçıq, “cəsarətli” olur, bəzən də çirkinləşir. İçində siyasət, erotizm, satanizm varmı? Var! Amma dürüst olub, ətrafa, həyata baxaq. Bütün bunlar dövrümüzün gerçəkləri deyilmi? Şər də, xeyir də, işıq da, zülmət də, həyatımızda var. Sənət həyatı təsvir edir… Dəvəquşu sayaq gizlənsək də, bütün bunlar hər gün, hər ölkədə, hər şəhərdə yaşanır.

Amma, hit mahnı siyasətdən asılı olmayaraq həmişə hit qalır. Ona görə də, siyasət, din, müharibə və s. Bəhanələri qoyun kənara! Əsas məsələ odur ki, hit lazımdır, hit!”

O, Avroviziyada Azərbaycanın iştirak etməsinə qarşı çıxanlara da cavab verib:

“Bəziləri deyir: “Bizim burda nə işimiz var?” Onlara səslənirəm. Ölkəmiz Avroviziyada mütləq olmalıdır. Festivallar, yarışlar, beynəlxalq arenalar, özünü ifadə, özünü təmsil yeridir. Sən çirkinləşmə, sən maraqlı ol, sən sənət göstər, sən kreativ sərgilə, sən folklorunu tanıt. Amma, bunu “dadlı” et.

Yoxsa ki, ya əcnəbiyə pul tökürük, ya da ki…

Bizim təmsilçiləri və mahnını şərh etmirəm. Çox şey deyildi. Sadəcə bir ricam var. Tənqid edərkən, mərhəmət və patriotik hisslərlə edin. Heç kəs öz ölkəsini pis təqdim etmək istəməz. Heç kəs də uğursuzluğuna sevinməz. Anlayış göstərin, acıdil olmayın, qəlb qırmayın. Fəxri, İlkin, Eldar düşmən deyil, bizimdir!

Bu il, “dadlı” nömrələri Xorvatiya, İsveç, İtaliya, Portuqaliya, Ermənistan göstərdi. Fransa da pis deyildi… Nemo isə ən yaxşısı idi və qazandı”.

Qeyd edək ki, 68-ci “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) olub. İsveçdəki Malmö Arenada keçirilən yarışda isveçrəli müğənni “The Code” mahnısını səsləndirib.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…