- 14.05.2024 13:41
Manaf Ağayev: “Gecə saat 3-də Vəfadan zəng gəldi…“ – VİDEO
Müğənni Manaf Ağayev həmkarı Vəfa Şərifovanın ona qarşı etdiyi jestdən söz açıb.
Proes.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə o, qonaq olduğu “Rəngarəng səhər” verilişinə danışıb.
M.Ağayev bildirib ki, V.Şərifova onun problemini həll edib:
“Bir müddət əvvəl gecə saat 03:00-da problemim yarandı. Gördüm ki, Vəfadan mənə zəng gəlir. O həmin saatda əlimdən tutdu. Elə bir hərəkət etdi ki, kişi eləmədiyi bir hərəkət. Mən isə belə şeylərə çox həssas və diqqətçiləm. Çünki özüm də əl tutan insanam. Söhbəti yox, həmin dəqiqə problemim öz həllini tapdı. Gecə ilə qaytarıldı, verildi… Elə bilirəm ki, o verilən hədiyyədir. Biri mənə hansısa köməyi edəndə elə bilirəm ki, onu mənə pay kimi verdi. Mən də işlərimi o payla gördüm”.