• 27.05.2024 13:13

Fransada qalmaqal: Şəhər meri ölən atası ilə danışmaq üçün dövlət vəsaitini falçı qadına xərcləyib

Fransada qalmaqal: Şəhər meri ölən atası ilə danışmaq üçün dövlət vəsaitini falçı qadına xərcləyib

Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən Aqd şəhərində qeyri-adi və maraqlı qalmaqal ortaya çıxıb.

Yerli falçı qadın Sofiya Martinez və şəhərin meri, keçmiş məxfi xidmət zabiti və polis əməkdaşı Jile Deettore ilə bağlı hadisə şəhər sakinlərini şoka salıb.

Hazırda onların hər ikisi məhkəmə istintaqı bitənə qədər həbsdədir. Falçı qadın merin pullarını mənimsəməkdə, merin özü isə korrupsiyada və falçıya vergi ödəyicilərinin külli miqdarda pullarını xərcləməkdə ittiham olunurlar.

Jile Deettore ölülərlə danışan insan kimi tanınan Sofiya Martinezdən xahiş edib ki, onu mərhum atası ilə əlaqələndirsin, qadın da bunu edib. Seanslar zamanı Martinezin səsi qəfil dəyişərək merin atasının səs tonunu alıb.

İddia edilir ki, son dörd il ərzində qadın “bacarıqlarından” istifadə edərək meri şəxsən və telefon vasitəsilə manipulyasiya edib. Mer ölülərin, o cümlədən mələklərin “səslərindən” minlərlə müəmmalı zənglər alıb, həmçinin bu səslərdən bəziləri bələdiyyə sədrini falçıya kömək etməyə çağırıb.

İddialara görə, Jile Deettore Martinez və ailəsinin istirahəti, o cümlədən Polineziya və Tailandda dəbdəbəli tətilləri üçün dövlət vəsaitləri hesabına pul ödəyib. Həmçinin “səslər” onu razı salıb ki, falçının ailəsinin bir neçə üzvünü şəhər şurasında işə götürsün, eləcə də onun evini təmir etdirsin. Bələdiyyə başçısı ilə əlaqəsi olan yerli müəssisələr gələcək müqavilələrini itirmək qorxusundan bu işləri pulsuz yerinə yetiriblər.

“Bu, çılğın bir hekayədir. İnanılmazdır. Çünki siyasətdə bir insan var, bələdiyyə sədri və keçmiş parlament üzvüdür, çox ağıllıdır. Və aydın olur ki, belə bir kişi bir qadın tərəfindən manipulyasiya edilə bilər. Qadın onun zəif nöqtəsini tapıb və bundan öz məqsədləri üçün istifadə edib. O, aldadıldığını etiraf edənə qədər isə çox vaxt keçdi”, – deyə merin vəkili Jan Mark Darriqeyd bildirib.

Lakin Sofiya Martinezin vəkili Lyuk Abratkeviç fərqli fikirdədir.

“O, merin etibarına xəyanət etdiyini etiraf edib, lakin bu, manipulyasiya deyil. Çünki digər müştərilər, o cümlədən həkimlər və memarlar onun mistik gücə malik olduğunu deyirlər. Martinez onlara həyatlarının elə təfərrüatlarını açıqlayıb ki, bu barədə başqa heç kim bilmirmiş”, – deyə vəkil qeyd edib.

Hüquqşünaslar inkar etsələr də, yerli sakinlər bu məsələnin şəxsi münasibətlərlə də bağlı olduğunu və merin qadına aşiq olduğunu bildiriblər.

Hazırda hakim bu işə potensial şahidlərin müdaxiləsinin qarşısını almaq üçün həm meri, həm də falçını həbsdə saxlayır. Martinez onu cadugərlikdə ittiham edən məhbus yoldaşları tərəfindən hücuma məruz qaldıqdan sonra təkadamlıq kameraya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…