- 05.06.2024 12:33
Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu şəxsi hüquqlarını pozduğu üçün sabiq müdafiə naziri, hazırda isə parlamentin Milli Müdafiə Komissiyasının sədri, millət vəkili Hulusi Akara 100 min lirə mənəvi təzminat ödəməyə məhkum edilib.
Proses.az oxu.az-a istinadən xəbər verir ki, qərar Ankara Məhkəməsində keçirilən prosesdə qəbul edilib.
Kılıçdaroğlunun vəkili onun sözlərinin ifadə azadlığı çərçivəsində olduğunu və təhqir sayılmadığını bəyan edib.
Lakin hakim İbrahim Enes Çelik bununla razılaşmayıb.
Qeyd edək ki, siyasətçinin müvafiq çıxışı 10 yanvar 2023-cü ildə Türkiyə Böyük Millət Məclisində baş tutub.