- 06.06.2024 13:58
Həbsdə olan xidmət rəisi haqda yeni qərar
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.