• 10.06.2024 17:51

Qeysəriyyə üsulu ilə doğulan uşaqlar ölür? – Həkimdən VACİB XƏBƏRDARLIQ

Qeysəriyyə üsulu ilə doğulan uşaqlar ölür? – Həkimdən VACİB XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Çinarə Əliyeva yeni doğulan övladını itirib. Məlumata görə, doğum qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Bir neçə gün öncə meyxanaçı Oruc Bayramsəsin də (Oruc Lənkəranlı) qeysəriyyə əməliyyatı ilə doğulan övladı vəfat etmişdi. Belə hadisələrin sayının artması insanlarda narahatlığa səbəb olur. İddialar var ki, körpə ölümlərinə səbəb qeysəriyyə yolu ilə həyata keçirilən doğumlardır.

Bəs bu fikirlərdə doğruluq payı varmı?

Ginekoloq Gülnar Ağayeva bu iddialar haqda “Yeni Sabah”a açıqlama verib:

“Qeysəriyyə əməliyyatında körpənin ölüm faizi çox az olmalıdır. Ancaq bu yaşanırsa, körpənin dünyasını dəyişməsinin təməlində çox ciddi səbəblər var. Uşağın ana bətnində oksigen azlığına məruz qalması, göbək ciyəsinin 3 dəfə, bərk və sıx dolanması belə səbəblərə daxildir. Ancaq düşünürəm ki, daha çox cift gəlişi, uşağın qan udması da ölümə gətirib çıxara bilər. Detalları tam bilmədiyim üçün dəqiq fikir söyləmək bir az çətindir. Hamiləlik dövrünün necə keçməsi, həmin müddət ərzində hər hansı problemin olub-olmaması da burada önəmli faktor sayılır”.

Həkim bildirib ki, qeysəriyyə əməliyyatında uşaq ölümü nadir hallarda baş verir:

“Ola bilər ki, cift öndə yerləşsin, onu çıxartdıqda, yaxud qopduqda, uşaqlığın içinə qan çox dolan zaman məcbur qalıb qeysəriyyə əməliyyatına götürəndə bətndəki körpə qan udaraq, boğula bilər. Bundan əlavə uşaqda qüsur ortaya çıxar ki, məsələn ağciyərləri açılmaya bilər. Qeysəriyyə əməliyyatında uşaq ölümü çox nadir halda olur. Ümumilikdə isə, qeysəriyyə əməliyyatında uşaq ölümü əməliyyata bağlı olmur. Uşağın ürəyində, ciyərində hər hansısa problem, qüsur, çatışmazlıq ola bilər ki, dünyaya gələndən sonra neonatologiya şöbəsində dünyasını dəyişsin”.

DİGƏR XƏBƏRLƏR

Azərbaycan parlamenti buraxılır, növbədənkənar seçkiləri elan edilir – RƏSMİ

Azərbaycan parlamenti buraxılır, növbədənkənar seçkiləri elan edilir – RƏSMİ

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. YAP-dan Proses.az-a verilən xəbərə görə, iclasın gündəliyi barədə məlumat…
“Onlara damar daxili sehrlənmiş maye ilə inyeksiya edilir və…” – Zirəddin açıqladı

“Onlara damar daxili sehrlənmiş maye ilə inyeksiya edilir və…”…

Türkiyədə ilahiyyatçı kimi tanınan və videoları kifayət qədər baxış toplayan Ömer Aktaşöz adlı din mütəxəssisi maraqlı bir iddia ilə gündəmə…
Erməniəsilli hüquqşünas Bolqarıstan parlamentinin sədri seçildi

Erməniəsilli hüquqşünas Bolqarıstan parlamentinin sədri seçildi

Erməniəsilli hüquqşünas Raya Nazaryan 50-ci çağırış Bolqarıstan Xalq Məclisinin sədri seçilib. Proses.az report-a istinadən xəbər verir ki, bu barədə “Raduo…
Vüqar Biləcərinin sevgilisi aylar sonra ortaya çıxdı: Elə bir VİDEO paylaşdı ki…

Vüqar Biləcərinin sevgilisi aylar sonra ortaya çıxdı: Elə bir…

Mərhum meyxanaçı Vüqar Biləcərinin vaxtsız vəfatı həm meyxana sənətində, həm də Samirə Zynalovanın həyatında böyük boşluq yaradıb. Uzun zamandır gündəmdən…
Mətanət İsgəndərli və keçmiş gəlini bir arada – VİDEO

Mətanət İsgəndərli və keçmiş gəlini bir arada – VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) uzun aradan sonra yenidən bir araya gəlib. Canana sosial media hesabında…
Bayram Bayramovu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bayram Bayramovu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Ötən ilin iyun ayında Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun məhkəməsi…
Talıb toyuna gəlməyən həmkarlarından danışdı

Talıb toyuna gəlməyən həmkarlarından danışdı

Müğənni Talıb Tale “Rəngarəng səhər” verilişində açıqlaması ilə diqqət çəkib. Teleqraf.com xəbər verir ki, Talıb Tale toy mərasiminə gəlməyən həmkarlarından…
Keçmiş teleaparıcı Fəridə Qurbanqaleyeva axtarışa verildi – FOTO

Keçmiş teleaparıcı Fəridə Qurbanqaleyeva axtarışa verildi – FOTO

Rusiya Daxili İşlər Nazirliyi “Rossiya-1” telekanalının jurnalisti və keçmiş teleaparıcısı Fəridə Qurbanqaleyevanı (terrorçuluğa bəraət qazandırmaq işində ekstremistlər siyahısına daxil edilib)…
Çəkiliş meydanında DƏHŞƏT: aktyor yaralandı – FOTO

Çəkiliş meydanında DƏHŞƏT: aktyor yaralandı – FOTO

“Sıfır bir” serialının komandasına hücum olunub. Proses.az olay-a istinadən bildirir ki, heyət “Kıyma” adlanan 4-cü sezon çəkilişlərinə başlayıb. Lakin “Kartal…
Nazirlikdən memarlıq abidələrinin bərpası ilə bağlı Açıqlama

Nazirlikdən memarlıq abidələrinin bərpası ilə bağlı Açıqlama

Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol…
22 yaşlı gənc faciəvi şəkildə öldü

22 yaşlı gənc faciəvi şəkildə öldü

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı gənci elektrik cərəyanı vurub. Proses.az report-a istinadən xəbər verir ki, Astara rayon sakini Salmanzadə…
Azər Maqsudova qarşı 400 minlik mülki iddia – Əmlaklarına həbs qoyulması istənildi

Azər Maqsudova qarşı 400 minlik mülki iddia – Əmlaklarına…

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məhkəmə qarşısına…
Ermənistanın Azərbaycana vurduğu zərər bir trilyon dolları keçib

Ermənistanın Azərbaycana vurduğu zərər bir trilyon dolları keçib

“Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. Lakin qeyd edəcəyim faktorları da…
YAP qapalı toplantı keçirir – Hansı məsələlər müzakirə olunur?

YAP qapalı toplantı keçirir – Hansı məsələlər müzakirə olunur?

Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilir. Proses.az xəbər verir ki, bu barədə “AzPolitika”-ya iqtidar partiyasındakı mənbə məlumat…
Sergen Yalçın Arda Güləri tənqid etdi: “Qol vurmaqla iş qurtarmır” – VİDEO

Sergen Yalçın Arda Güləri tənqid etdi: “Qol vurmaqla iş…

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə yığmasının Gürcüstan millisinə 3:1 hesabı ilə qalib gəldiyi matçdan sonra “Antalyaspor”un çalışdırıcısı Sergen…